Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Avropaya ölümcül zərbə vurulacaq"

"Avropaya ölümcül zərbə vurulacaq"

Date: 6 October 2016 11:22

"Əl-Qaidə" terror təşkilatı Böyük Britaniya daxil olmaqla Avropa ölkələrində terror aktları törətmək niyyətindədir.

Milli.Az bildirir ki, bu barədə azvision.az "The Times"a istinadən xəbər verir. 

Nəşrin məlumatına görə, terrorçular İŞİD-in Suriyada məğlub duruma düşməsi fonunda Avropa ölkələrində terror aktları təşkil etmək istəyirlər. 

"Terrorçular Avropaya ölümcül zərbə vurmaq üçün vaxt gözləyirlər", - deyə xəbərdə vurğulanır. 

Böyük Britaniya müdafiə naziri Maykl Fellon qəzetə bildirib ki, "Əl-Qaidə" terror təşkilatı Krallığın təhlüksəzliyinə birbaşa təhdiddir.

Milli.Az


Tags:  Avropaya ölümcül zərbə vurulacaq

RƏYLƏR


Top news