Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tramp: "Mən Putini sevmirəm"

Tramp: "Mən Putini sevmirəm"

Date: 6 October 2016 11:27

ABŞ prezidentliyinə Respublikaçılar partiyasından namizəd Donald Tramp seçiləcəyi təqdirdə Rusiya lideri Vladimir Putinlə münasibətlərinin necə formalaşacağını bilmədiyini bəyan edib.

Milli.Az azvision.az-a istinadən bildirir ki, bu barədə o, Nevada ştatında çıxışı zamanı deyib. 

"Burada deyirlər ki, mən Putini sevirəm. Mən Putini sevmirəm, lakin ona nifrət də etmirəm. Gəlin nəyin baş verəcəyini gözləyək", - deyə Tramp vurğulayıb. 

Onun sözlərinə görə, Putinlə münasibətlərin necə formalaşacağını təxmin etmək çətindir: "Ola bilsin ki, bizim Putinlə çox yaxşı münasibətlərimiz oldu. Ola bilsin də çox bərbad. Bəlkə də münasibətlər orta səviyyədə oldu". 
"Əgər biz Rusiya ilə razılaşsaq və birgə İŞİD-ə qalib gəlsək, onda mən hadisələrin bu cür inkişafına qarşı deyiləm", - deyə siyasətçi bildirib. 

Milli.Az


Tags:  Tramp Mən Putini sevmirəm

RƏYLƏR


Top news