Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Natiq Əliyev: "Qazaxıstan "Kaşaqan" neftini BTC ilə nəqlə etməyə hazırlaşır"

Natiq Əliyev: "Qazaxıstan "Kaşaqan" neftini BTC ilə nəqlə etməyə hazırlaşır"

Date: 6 October 2016 11:27

Bakı. 6 oktyabr. REPORT.AZ/ Qazaxıstanın “Kaşaqan” neft yatağının işə salınmasından sonra, hasil olunacaq nefti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrə nəql etmək üçün Bakı-Tbilisi-Ceyhan neft kəmərindən istifadə nəzərdə tutulur. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin rəsmi mətbuatda nəşr olunan məqaləsində qeyd edilir.
Nazir deyib ki, “Kaşaqan” yatağının işlənməsi layihəsində həmçinin BTC-nin səhmdarları da iştirak edir: “BTC layihəsinin səhmdarı kimi bu kəmərdə 15%-lik iştirak payına malik olan dörd şirkət - "Eni", "Inpex", "Conoco Phillips" və "Total" Qazaxıstanın "Kaşaqan" yatağında da fəaliyyət göstərir. Bu, o deməkdir ki, şirkətlər boru kəməri ilə sutkada təqribən 150 min barel neft nəql edə biləcək. Əlavə edək ki, boru kəmərinin layihə üzrə nəqletmə gücü sutkada 1 mln. barel neft təşkil edir. Qazaxıstanın ixracla bağlı BTC istisna olmaqla, hazırda müstəqil, etibarlı və təhlükəsiz transmillli marşrut qarantiyası yoxdur. Tengiz-Novorossiysk, Atırau-Samara, Atasu-Alışankou neft kəmərləri və Xəzər Boru Kəmər Konsorsiumu kimi ixrac dəhlizlərinin imkanları isə gələcəkdə xeyli dərəcədə artması proqnozlaşdıran ixrac potensialını qarşılamaq üçün kifayət deyil".
N.Əliyev deyib ki, Qazaxıstanla Azərbaycan arasında yeni neft kəmərinin inşası planlaşdırılır: “Bu marşrutların buraxılış qabiliyyəti və çatdırılacaq təchizat həcmlərini nəzərə alaraq, rəsmi Astana əsas diqqətini Qazaxıstan-Xəzər nəqletmə sistemi üzərində cəmləyib. Bu nəqliyyat sisteminə əsasən, uzunluğu 739 km olan Eskene-Kırık-Bakı neft kəmərinin inşası planlaşdırılır. Eskene-Kırık neft kəmərinin texniki-iqtisadi əsaslandırılması “Tengiz” yatağında qabaqcıl neftvurma stansiyası, Tengiz-Opornıy-Aktau magistral neft kəməri, Kırık neft terminalı və yeni limanın tikintisi, həmçinin Aktau limanının yenidən qurulması və genişləndirilməsini nəzərdə tutur. Bu kəmərin inşası Qazaxıstana öz neftini həm Gürcüstana, həm də Türkiyə limanlarına ixrac etmək imkanı verə bilər. Yeni kəmərin illik ixrac gücünün ilkin mərhələdə 23-25 mln. ton, gələcəkdə isə 56 mln. tona çatdırılması nəzərdə tutulub”.

Tags:  Natiq Əliyev Qazaxıstan Kaşaqan neftini BTC nəqlə etməyə hazırlaşır

RƏYLƏR


Top news