Zemfira Adıgözəlova çəkilişdə çətin anlar yaşadı - FOTOSESSİYA

Zemfira Adıgözəlova çəkilişdə çətin anlar yaşadı - FOTOSESSİYA
11:37 6 Oktyabr 2016
127 Şou
Ölkə mətbuatı
A- A+

Teleparıcı Zemfira Adıgözəlova yeni fotosessiyaya çəkilib. Xanım aparıcı fotolarda şahzadə obrazı yaradıb.

Milli.Az bildirir ki, çəkiliş zamanı Zemfira xanım çətin anlar yaşayıb:

"Çəkiliş üçün Binə Atçılıq Mərkəzində yerləşən "Elite Atçılıq Klubu"na yollandım. Fotosessiya üçün seçdiyim atla bağlı mənə xəbərdarlıq etdilər. Atın kaprizli olduğunu söyləyib, onunla çəkiliş etməyi məsləhət bilmədilər. Lakin atın rəngi, gözəlliyi və geyimimə uyğunluğu baxımından məhz onunla fotosessiyaya çəkilməyi israr etdim. Qorxa-qorxa da olsa, fikrimdən daşınmadım.

Çəkilişin əvvəli rahat keçsə də, sonrakı prosesdə at kaprizlərini göstərməyə başladı. Atın yəhərini əlimdə saxlaya bilmirdim. Var gücü ilə çəkiliş meydançasından qaçmaq istəyirdi. Sən demə, mən atçılıq mərkəzində olan ən ehtiraslı atı seçmişəm. Meydançada dişi atların olması, bizə əməlli-başlı çətinlik yaşatdı. At çəkiliş prosesini tərk edib, dişi atların yanına getmək istəyirdi. Çətinliklə də olsa, fotosessiyamızı uğurla yekunlaşdırmağı bacardıq".

Milli.Az












Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476599.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR