"Atasığorta"da yeni təyinat olub

"Atasığorta"da yeni təyinat olub
11:37 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Atasığorta" ASC-yə yeni aktuari təyin edilib. "Report" xəbər verir ki, bu bu barədə Şirkətin saytında bildirilir.
Məlumata görə, sözügedən vəzifəyə Elçin Nizami oğlu Əsədzadə gətirilib. O, bundan əvvəl "Atasığorta"da Anderraytinq və təkrarsığorta Departamenti ümumi sığorta şöbəsinin mütəxəssisi və aparıcı mütəxəssis vəzifələrində çalışıb.
Xatırladaq ki, "Atasığorta" şirkəti 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 12,4 mln. manatdır. Səhmlər 100% adı çəkilən holdinqə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/atasigorta-da-yeni-teyinat-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR