Yunus Oğuzun "Tamerlan" kitabı qırğız oxucularına elektron versiyada təqdim olunur

Yunus Oğuzun "Tamerlan" kitabı qırğız oxucularına elektron versiyada təqdim olunur
11:42 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Yazıçı-publisist Yunus Oğuzun bu il mart ayının 10-da Qırğızıstan prezidentinin bir nömrəli rezidensiyasında təqdimatı keçirilən "Tamerlan" adlı tarixi romanının elektron versiyası Qırğızıstanda fəaliyyət göstərən turktoday.info saytında yerləşdirilib. Milli.Az xəbər veriri ki, Türkdilli dövlətlərin siyasətinə dəstək fondundan "OLAYLAR"a bildirilib ki, kitabın elektron versiyası geniş oxucu kütləsinin heç bir maneə olmadan oxuması üçün nəzərdə tutulub. Qeyd edək ki, kitab Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə tərcümə edilərək nəşr olunub və pulsuz yayılıb. Türk dövlətçiliyi və idarəetmə ənənələrini özündə əks etdirən kitab oxucuların böyük marağına səbəb olub. Kitabın elektron versiyasını bu linkdən oxumaq olar: http://turktoday.info/biblioteka-kyrgyzstan.html

Qeyd edək ki, kitab bu il sentyabr ayında Moskvada keçirilən MDB beynəlxalq kitab müsabiqəsində Qran-Pri mükafatına layiq görülüb. Mükafatın və diplomun Qırğızıstan XİN-in xətti ilə Bişkekə göndərilməsi nəzərdə tutulub. Yaxın günlərdə mükafat öz sahiblərinə təqdim ediləcək. "Tamerlan" kitabının hələ bir neçə il bundan əvvəl fondun sifarişi ilə Bişkekdə rus dilində nəşr edilən versiyasının da sayta yerləşdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Qırğızıstanda fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun dəstəyi ilə nəşr olunan və ya tərcümə edilərək işıq üzü görən kitabların elektron versiyasının sözügedən sayta yerləşdirilməsinə artıq bir müddətdir ki, start verilib. Bir müddət əvvəl saytda "Prezident İlham Əliyev" kitabının I-II və III cildləri rus dilində, Güntəkin Nəcəflinin "Azərbaycan XVIII-XIX əsrlər" kitabı rus dilində, Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması rus, qırğız, ingilis və Azərbaycan dillərində, Bəxtiyar Tuncayın "Qafqaz Albaniyası əlyazma irsi" rus dilində, "Ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklər tarixi faktlarla" rus və ingilis dillərində, akademik Ramiz Mehdiyevin "Şah İsmayıl" kitabı qırğız və rus dillərində və s. kitabların elektron versiyası artıq sayta yerləşdirilib, oxucular artıq bu kitablarla tanış olurlar. Xüsusi vurğulamaq lazımdır ki, bu günədək 85 kitabı müxtəlif dillərə tərcümə etdirərək, nəşr etdirib pulsuz yayan fondun əsas məqsədi Azərbaycan həqiqətlərinin, ədəbiyyət və mədəniyyətinin, ulu öndərimiz Heydər Əliyevin geniş irsinin, prezidentimiz İlham Əliyevin apardığı siyasətin təbliğidir.

Hazırda fondun sifarişi ilə müxtəlif dillərə tərcüməsi tam hazır olan 15 kitab da bu yaxınlarda işıq üzü görəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/476621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR