Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Messi olmadan da oynamağa hazırıq"

"Messi olmadan da oynamağa hazırıq"

Date: 6 October 2016 11:47

Argentina millisini DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Peru və Paraqvayla oyunlar gözləyir. Bu qarşılaşmalarda komanda lideri Lionel Messinin xidmətlərindən yararlana bilməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, millinin baş məşqçisi Edqardo Bausa ulduz futbolçunun yoxluğunu Paulo Dibala ilə kompensasiya etmək istədiyini qeyd edib.

"Bizim üçün ən yaxşı futbolçunun olmaması bir sınaqdır. Ümid edirəm, Messi Braziliya və Kolumbiya ilə oyunlara qədər (noyabrda) zədəsini sağaldar. Amma Messi olmadan da oynamağa hazırıq. Dibalanin cinahda oynaması ilk dəfə deyil. O, "Palermo"da bu mövqedə çıxış edib. Bununla belə Paulo vinqer funksiyasını yerinə yetirməyəcək. Ön xətdə nisbətən sərbəst olacaq".

Milli.Az


Tags:  Messi olmadan oynamağa hazırıq

RƏYLƏR


Top news