Şəkidə özlərini polis kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb

Şəkidə özlərini polis kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb
12:02 6 Oktyabr 2016
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda özlərini polis kimi təqdim edərək soyğunçuluq edən şəxslər saxlanılıb.
"Report"un Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, hadisə Şəki rayonunun Aşağı Göynük kəndində qeydə alınıb.
Rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıb. Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfayel Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib. Avtomobil sahibinə qaytarılıb. Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.
Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/sekide-ozlerini-polis-kimi-teqdim-ederek-soygunculuq-eden-sexsler-saxlanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR