Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Son 15 ildə dünyanın borcu artıb

Son 15 ildə dünyanın borcu artıb

"Mançester Yunayted"in borcları artıb (10 Fevral 2017 22:12)
"Brexit"in nəticəsi "Mançester Yunayted"in borcunun artmasına səbəb olub (10 Fevral 2017 15:27)

Tarix: 6 Oktyabr 2016 12:03

Maliyyə böhranından səkkiz il keçsə də, dünya görülməmiş məbləğdə borc bataqlığındadır.

Publika.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) son 15 ildə borcların ikiqat artaraq 2015-ci ildə 152 trilyon dollara çatdığını açıqlayıb. Fonddan bildirilir ki, borclar artmaqda davam edir. Bu rəqəm hökumətlərin, özəl sektorun və əhalinin borclarını ehtiva edir.

BVF mövcud borc məbləğinin qlobal ümumi daxili məhsulun (ÜDM) 225%-i səviyyəsində olduğunu bildirib. Qeyd edilib ki, öhdəliklərin təxminən üçdə ikisini özəl sektorun borcları meydana gətirir. 85%-ni isə dövlət borcları təşkil edir.

Fond yavaş qlobal iqtisadi inkişafın öhdəlikləri yerinə yetirməyi (borcu qaytarmağı) çətinləşdirdiyini və bu vəziyyətin borclanmanı daha da artırdığını vurğulayıb.

İqtisadiyyat şöbəsi


Teqlər:  Son 15 ildə dünyanın borcu artıb



RƏYLƏR


Top xəbərlər