Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazirlik: "Rəqəmlərdə şişirtmələrin olması gözləniləndir"

Nazirlik: "Rəqəmlərdə şişirtmələrin olması gözləniləndir"

Date: 6 October 2016 12:05

"Azərbaycanda 2010-cu ildə 1-ci sinfə gələn uşaqlar 6-cı sinifdə oxuyanda şagirdlərin sayı arasında təxminən 1,3 - 2 faiz fərq olub, yəni bu qədər uşaq məktəbə gəlmir. Bu da normal göstəricidir".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində icbari təhsil 100 faiz təmin edilmir: "Dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da icbari təhsildən yayınma halları var. Amma bu cür hallar getdikcə azalır. Son 10 ildə bu sahədə yaxşılaşma müşahidə edilir".

E.Əmrullayev deyib ki, birinci sinfə gələn uşaqlarla doqquzuncu sinfə gələnlər arasındakı fərq məktəbdən yayınmaq kimi qəbul olunsa da, bu düzgün deyil: "Məktəbdən yayınmaqla bağlı bir neçə səbəbləri araşdırmışıq. Səbəblər müxtəlifdir. Bəzi uşaqlar birinci sinfə Azərbaycanda məktəbə gəlir. Amma müəyyən yaşından sonra təhsilini Azərbaycandan kənarda davam etdirir. Bu da icbari təhsildən yayınma hesab olunmur. Yaxud da bir qisim uşaq sağlamlıq imkanlarını itirdiyinə görə təhsildən kənar qalır. Bundan başqa, bu illər ərzində vəfat edən uşaqlar da var. Eyni zamanda, miqrasiya məsələsi də var. Nəzərə almalıyıq ki, 2005-ci ildə ölkədə uşaqların qeydiyyata alınması ilə bağlı elektron sistemlər bugünkü kimi elə də mükəmməl deyildi. Hazırda məktəbə gələn uşaqları şəxsiyyət vəsiqəsinin nömrələri ilə tam dəqiqliyi ilə saya bilirik. 2005-ci ildə isə məktəblərdə əllə yazılan statistik məlumatlar əsasında yekun nəsə deyilə bilirdi. 4400 məktəbdə, təbii ki, rəqəmlərdə şişirtmələrin olması gözləniləndir. Bunun da obyektiv səbəbləri var. Çünki əvvəl Azərbaycan şəraitində elə ailələr var idi ki, uşaqlarını birinci sinfə iki dəfə qoyurdular. Hazırda bu hal mümkün deyil".

E.Əmrullayev deyib ki, 2003-cü ildə 1-ci sinfə gələnlərin 26 faizi məktəbə 1 yaş gec gedib. 2014 və 2015-ci ildə isə bu göstərici 10 faizə enib: "Bəzi valideynlər elə hesab edirlər ki, 6 yaşda təhsilə başlamaq uşaq üçün tezdir. Ona görə də uşağı 7 yaşdan məktəbə qoyurlar. Buna görə də bəzən uşaqları məktəbə gec - 7 və faha yuxarı yaşda gətirirlər. Məktəbə gec gələn uşaqların orta statistik qiymətləri vaxtında məktəbə gələn uşaqların qiymətlərindən aşağı olur".

Milli.Az


Tags:  Nazirlik Rəqəmlərdə şişirtmələrin olması gözləniləndir

RƏYLƏR


Top news