Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müğənnidən qayınatasına: "Qızımla evlən" deyə yalvardın"

Müğənnidən qayınatasına: "Qızımla evlən" deyə yalvardın"

Date: 6 October 2016 12:06

Rafet El Roman və Ceren Kaplakarslanın boşanma məhkəməsinə bir neçə gün qalıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bir neçə gün əvvəl Cerenin adından barışıq məktubu yayıldıqdan sonra tərəflər sosial mediada mübahisəyə başlamışdı. Daha sonra aralarındakı yazışmalar yayılan zaman məlum olub ki, məktubu Rafet yazaraq xanımının adından mediaya sızdırıb.

İndi isə hadisələrə Cerenin atası Atilla da daxil olub. O, müğənninin onun haqqında "Əxlaqsız" kəlməsini işlətməsinə reaksiya verib:

"Əxlaqsız arvadı haqqında qəzetdə xəbər yazdıran adamdır. Əxlaqsız albomu satılmadığı üçün evlilik xəbərindən istifadə edən müğənnidir".

Rafet El Romanın da növbəti cavabı gecikməyib:

"Əxlaqsız evlilik müqaviləsinin olduğunu bildiyi üçün çıxıb yalandan "Maddi, mənəvi təzminat istəmirik" deyəndir, "qızımla evlən, hər şey yaxşı olacaq" deyə yalvarıb, daha sonra "biz onu kürəkənimiz olaraq qəbul etməmişdik" deyəndir. Qızının mehmet Ali Erbillə çıxan xəbərlərini gizlədib, məktub xəbərində aləmi qatdın. Qızını məşhurlaşdırasan deyə, yüz dənə yalan xəbər yaydın. Əxlaqsızlıq sənin kimi gözəllik yarışması keçirib oradakı qızlara fərqli yanaşmaqdır. Əxlaqsızlıq fiziki qüsurlu insanlardan istifadə edərək yaşamaqdır".


Tags:  Müğənnidən qayınatasına Qızımla evlən deyə yalvardın

RƏYLƏR


Top news