Türkiyəyə qarşı “Üçlər İttifaqı” – MÜHARİBƏ QAPIDA

Türkiyəyə qarşı “Üçlər İttifaqı” – MÜHARİBƏ QAPIDA
12:23 6 Oktyabr 2016
93 Digər
Ölkə mətbuatı
A- A+

Ankaranın “Fərat Qalxanı” əməliyyatı ilə ABŞ-ın Suriyadakı oyunu pozması Vaşinqtonu İraqda aktivləşdirib.

Publika.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, ABŞ, İran və İraq Türkiyəni Mosul əməliyyatından kənarda saxlamaq üçün hər yola əl atır.

Ankaranı Mosul əməliyyatından kənarda saxlamaq üçün diplomatik oyunlar oynanılır və fətvalar verilir. Mosulun İŞİD-dən təmizlənməsi məqsədi ilə keçiriləcək əməliyyat öncəsi ilk addımı İraq parlamenti atdı. Parlament İŞİD-ə qarşı mübarizə aparmaq üçün yerli güclərə təlim keçən Türkiyə əsgərlərinin Başikadan çəkilməsini tələb edən qərar qəbul etdi. Rəsmi Bağdad iddia edir ki, Türkiyə ordusu heç bir rəsmi dəvət olmadan İraqa daxil olub.

Eyni zamanda, İranın 7 hərbi kəşfiyyat ofisi heç bir qanuni əsas və rəsmi dəvət olmadan İraqda işlərini davam etdirir. Bağdad isə bu vəziyyəti yalnız müşahidə etməklə kifayətlənir.

ABŞ 2003-cü ildə şiə din adamı Sistaniyə qarşı tarazlıq qurmaq üçün bölgəyə gətirdiyi və mühafizə altına aldığı Kasım əl-Taini aktivləşdirib. Din adamı Türkiyə əsgərləri ilə döyüşün vacib olduğuna dair fətva verib.

“Yeni Şafak” nəşrinə danışan kürd mənbələrinin sözlərinə görə, ABŞ Başikada baza qurmaq istəyir. Ötən həftə 22 nəfər amerikalı hərbi məsləhətçi baza qurulacaq ərazini müəyyənləşdirib.

Mosul əməliyyatına qatılmayacağı deyilən şiə döyüşçülər də Türkiyəni hədəf alıb. Şiə milis qrupu “Haşdi Şabi” Türkiyəni “işğalçı” adlandırıb və İŞDİ-lə döyüşdükləri kimi Türkiyə ordusu ilə də döyüşəcəklərini bildirib.

Daha əvvəl isə İraqın baş naziri Haydar Əl-İbadi Türkiyə əsgərlərinin İraqdan çəkilməyəcəyi halda, regional müharibənin başlaya biləcəyini deyib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171169.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR