"Bizim nəsildə ikinci dəfə ərə getmək olmaz" - Elnarə

"Bizim nəsildə ikinci dəfə ərə getmək olmaz" -  Elnarə
12:26 6 Oktyabr 2016
638 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elnarə Abdullayeva ikinci dəfə ailə qurması ilə bağlı xəbərlərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı “5/5” verilişində nəsillərində qadının ikinci dəfə ərə getməsinin qadağan olunduğunu bildirib:

“Bizlərdə həyat yoldaşı bir dəfə olur. Birinci ölür, ikinciyə ərə getmək olmaz. Yoldaşını erkən itirən xanımlar belə, ikinci dəfə ərə getmir. Bizim nəsildə bu cür şey ola bilməz. Xalq, millət diqqətlidir. Bir-iki ağzıboş nə gəldi yazır. Heç kimdən gizlinim yoxdur. Kimsə gəlib deyə bilməz ki, gözün üstə qaşın var. Mən bu həyatda vicdanla yaşadım. Namus, qeyrət məsələsində başım salamatdır. Bir hünərli oğlan var, çıxıb dediklərimin əksini söyləsin. Azərbaycan balacadır, nə etsən hamı bilir. Qadın qeyrətli, imanlı, vicdanlı olmalıdır.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58799

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR