Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs tutulub

Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs tutulub

Əmrahı və sürücüsünü bıçaqlayan şəxs azadlığa çıxdı (13 Mart 2017 13:52)
"Feysbuk"a görə toyda faciə: "Ərə getmirəm!" deyən qızı güllələdilər - FOTOLAR (12 Fevral 2017 00:18)
Bakıda adam bıçaqlayan şəxs tutulub (11 Fevral 2017 12:22)

Tarix: 6 Oktyabr 2016 12:27

Bakı. 6 oktyabr. REPORT.AZ/ Şəki rayonunda toy mərasimində iki qardaşı bıçaqlayan şəxs tutulub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə oktyabrın 5-də rayonun Baş Layısqı kəndində toy mərasimində baş verib. 
Belə ki, həmin kəndin sakini Mikayıl Bəkirov münaqişə zəmnində həmkəndliləri Təbriz və Qalib Qəribov qardaşlarını bıçaqlayıb. Müxtəlif dərəcəli bıçaq yaraları alan T.Qəribov xəstəxanaya yerləşdirilib. 
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  M.Bəkirov tutularaq isatintaqa cəlb olunub. 
Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar davam edir.

Teqlər:  Şəkidə toyda iki qardaşı bıçaqlayan şəxs tutulub



RƏYLƏR


Top xəbərlər