Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib
12:32 6 Oktyabr 2016
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə oktyabrın 5-də saat 21 radələrində rayonun Ləki qəsəbəsinin ərazisində qeydə alınıb. 
Belə ki, Tovuz rayon sakini Nazim Quliyev idarə etdiyi "Naz Lifan" markalı avtomobillə hərəkətdə olarkən idarə etməni itirib və yol ayırıcısına çırpılıb. Nəticədə avtomobilin sürücüsü N.Quliyev ağır bədən xəsarətləri alıb və hadisə yerində ölüb. 
Faktla Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/agdasda-olumle-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR