Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bəzi yerlərdə şimşək, qısamüddətli yağış gözlənilir – Proqnoz

Bəzi yerlərdə şimşək, qısamüddətli yağış gözlənilir – Proqnoz

Date: 6 October 2016 12:34

 

 

Oktyabrın 07-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, çiskinli hava gözlənilir. Cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26°, Bakıda gecə 15-17° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

 

Sabah rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında isə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.


Tags:  Bəzi yerlərdə şimşək qısamüddətli yağış gözlənilir Proqnoz


RƏYLƏR


Top news