Şəkidə dələduzluqla məşğul olan "polislər" tutuldular

Şəkidə dələduzluqla məşğul olan "polislər" tutuldular
12:37 6 Oktyabr 2016
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Özlərini polis əməkdaşı kimi təqdim edən Gəncə şəhər sakinləri tutulublar.

Milli.Az DİN-ə istinadən bildirir ki, oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus "VAZ-21099" markalı avtomobili aparıb.

Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfael Qoçayev tutulublar, digər şəxs isə müəyyən edilib.

Avtomobil sahibinə qaytarılıb.

Araşdırmalar zamanı cari il sentyabrın 14-də H.Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H.Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb.

Şəki ŞRPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR