Kosmetika şirkətləri gözəlləşmək istəyən qadınları belə aldadır: SIRINAN 10 YALAN - FOTOLAR

Kosmetika şirkətləri gözəlləşmək istəyən qadınları belə aldadır: SIRINAN 10 YALAN - FOTOLAR
12:48 6 Oktyabr 2016
37 Digər
Ölkə mətbuatı
A- A+

Çox vaxt kosmetik məhsulların yeni reklamı və ya parlaq qablaşdırması bizi yeni məhsul almağa vadar edir. Lakin vizajist, “Paula Begoun” kitabının müəllifi və kosmetik ekspert iddia edir ki, müştəriləri aldadan istehsalçılara inanmaq lazım deyil.

Publika.az-ın gözəllik bölməsi marketinqin ən geniş yayılmış fəndlərinin qısa siyahısını hazırlayıb.

Kosmetika istehsalçılarının bizi inandırdığı 10 YALAN

Birinci yalan: Brend nə qədər məşhurdursa, məhsulları bir o qədər keyfiyyətlidir

Kosmetik vasitələrin təsir qüvvəsi yalnız onun kimyəvi tərkibi ilə əlaqədardır, ona görə də nə marka, nə onu buraxan firma, nə də preparatın qiyməti məhsulu effektiv etmir. Bütün sirr məhsulun tərkibindədir.

İkinci yalan: Qırışlar əleyhinə krem mövcuddur

Həm gənc, həm də daha yaşlı vaxtlarda xanımlar öz dəri tipinə uyğun ən münasib vasitələri müəyyən etməli və istifadə etməlidir. Təəssüf ki, qocalığı dayandıran hər hansı krem yoxdur. Marketoloqlar yaşa görə kosmetik vasitələr dedikdə piqmentasiyadan qurtulmağa kömək edən, dərinin elastikliyini yaxşılaşdıran və qırışları daha nəzərə çarpan edən məhsulları nəzərə tutur.

Üçüncü yalan: Göz ətrafı dəri üçün xüsusi krem lazımdır

Göz ətrafı dəri üçün məlhəm kremdən demək olar ki, heç nə ilə fərqlənmir. Bu, sadəcə daha kiçik formada qablaşdırılmış və daha böyük qiymətə satılan və ya alıcılara sırınan məhsuldur. Kremlərin üstündəki "Göz ətrafına dəyməməlidir" sözünü isə şampunların da üstündə qeyd olunan “Gözün içinə düşməsindən çəkinin” mənasında anlamaq lazımdır. Əslində, hər şey sadədir.

Dördüncü yalan: Kremin köməyi ilə sellülitlərdən qurtulmaq olar

Əgər bu, həqiqət olsa idi, modellərin şəkillərində fotoşopdan istifadə olunmazdı. Son vaxtlarda aparılanmış elmi tədqiqatlar göstərir ki, kremlərlə sellilüti aradan qaldırmaq mümkün deyil. Və buna dair heç bir sübut yoxdur. Sellülit problemi yalnız pəhriz, fitnes və masaj aparatı proseduraları ilə aradan qaldırmaq olar. Lakin bütün kremlər bu istiqamətdə eyni dərəcədə effektiv deyil.

Beşinci yalan: Təbii tərkibli kosmetika daha yaxşıdır

Əslində, təbii tərkibli kosmetik məhsullar şirkətlərin apardığı piar-gedişidir. Mövcud məhsulun tərkibinin orqanik olması onun təsir qüvvəsini təsdiqləmir. "Orqanik kosmetika" təhlükəsiz ola bilər, çünki zərərli maddələr ehtiva etmir, lakin bu, onun səmərəli olmasının göstəricisi deyil. Bununla belə istehsalçılar orqanik məhsulların müalicəvi xassələrini saxlamağa kömək edən kremin kimyəvi tərkibini gizli saxlayırlar.

Altıncı yalan: Krem mimik qırışları aradan qaldırır

Göz və ya dodaq ətrafında yaranmış mimik qırışları aradan qaldıran kosmetik vasitələr yoxdur. Botoks və ya inyeksiya preparatları ilə müqayisə olunan məhsullar yoxdur. Təəssüf ki, elm hələlik belə uzağa getməyib.

Yeddinci yalan: Gündən qoruyucu kremini yalnız çimərlikdə yanmamaq üçün çəkmək lazımdır

Gündən qoruyucu kremlər dərini qırışlar, piqment ləkələrdən müdafiə edir, eləcə də dəri elastikliyinə cavabdeh sayılan kollagen istehsalını artırır. Odur ki, günəşin mənfi şualarından müdafiə edən SPF tərkibli kremlərin istifadəsinə qış aylarında da etina etməyə dəyməz. Bu, nəmləndirici krem və ya SPF tərkibli krem ola bilər. Ən əsası onun tərkibində sink oksidi, titanium dioksidi və ya avobenzon olmasına diqqət edin.

Səkkizinci yalan: Şampun saç tökülməsini dayandıra bilər

Cəlbedici qablaşdırma sizi aldatmasın, hər hansı şampunun saç tökülməsinə heç bir təsiri yoxdur. Onun başlıca vəzifəsi saçları təmizləməkdir. Burada nə qiymətin, nə brendin heç bir əhəmiyyəti yoxdur. Yəni, onun tərkibinə marketoloqların təriflədiyi heç qəribə komponentlər daxil ola bilməz. Saçların sağlam olmasının sirri saç üçün maskalar və balzam-kondisionerlərdir.

Doqquzuncu yalan: Saçları onlara zərər vermədən rəngləmək olar

Boyaların əsas funksiyası saç piqmentini məhv etmək və başqa rəngin piqmentini tətbiq etməkdir. Əgər rəng qalıcıdırsa, piqment saçlarda 3 aya qədər qalacaq, əgər qeyri-sabitdirsə, rəng bir həftədən sonra yuyulduqca çıxacaq. Hansı saç boyası zərər vermir? Cavab sadədir: Saçların piqmentini pozmayan. Lakin bu zaman saç boyasının heç bir effekti olmayacaq. Buradan belə nəticəyə gəlirik ki, bütün saç boyaları göz qabağındadır və onları hamısı eyni dərəcədə təsir göstərir. Onların heç biri (təbii xınanı çıxmaq şərti ilə ) saç üçün ziyansız ola bilməz.

Onuncu yalan: Qaralmaq təhlükəsizdir

Qaralmaq nə çimərlikdə, nə də solyariumda təhlükəsizdir. Əgər siz ən təhlükəsiz şəkildə qaralmaq və dəri tonunun şokolad kimi olmasını arzu edirsinzisə, ən yaxşı avtoqaralma istifadə edin. Bu məhsul dərini təravətləndirir və nəmləndirir, cəmi 3 saatdan sonra ona eyni bərabərdə, təbii və gözəl qaralma çaları bəxş edir.

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Haram tikədən imtina edənlərin özəl mükafatı

23 İyul 2017 22:52

İsraildə ermənilər Azərbaycanı dəstəkləyən meri təhdid edir

23 İyul 2017 22:52

Allergiyanın əmələ gətirdiyi xəstəliklər hansılardır?

23 İyul 2017 22:47

Boşanmış qadın sevdiyi insanla görüşə bilərmi?

23 İyul 2017 22:42

Ağ Evdə məlumat sızması olduqda...

23 İyul 2017 22:42

Şəmkirdə 15 nəfər kababdan zəhərləndi

23 İyul 2017 22:37

Ermənistanda hərbi hissəni icazəsiz tərk etmiş çavuş asılmış vəziyyətdə tapılıb

23 İyul 2017 22:37

Əmmanda İsrail səfirliyinə silahlı hücum olub, yaralananlar var

23 İyul 2017 22:37

Ən gözəl boksçu - FOTO

23 İyul 2017 22:32

Ailəli xanımın gənc sevgilisiylə yaşadığı fantaziya faciə ilə nəticələndi -

23 İyul 2017 22:30

İsrailin İordaniyadakı səfirliyinə terror hücumu olub

23 İyul 2017 22:27

İsrail səfirliyinə hücum oldu - Əmmanda

23 İyul 2017 22:24

Nikah bağlamağın qaydaları

23 İyul 2017 22:22

Bu qidalar zəhərlənməyə səbəb ola bilir

23 İyul 2017 22:17

Çində naməlum şəxs qayçı ilə 15 nəfərə xəsarət yetirib

23 İyul 2017 22:12

Böyrək xəstələrinin şikayətləri

23 İyul 2017 22:12

Öpüşü ilə qalmaqal yaratdı - FOTO

23 İyul 2017 22:05

Şəmkirdə kütləvi zəhərlənmə - 15 nəfər xəstəxanaya düşdü

23 İyul 2017 22:04

İranda qatar qəzası -

23 İyul 2017 22:03

Azərbaycanlı gənc Ermənistan səfirliyi qarşısında təkbaşına aksiya keçirdi

23 İyul 2017 21:59

Pamela Andersonun sinəsi açıldı - FOTO

23 İyul 2017 21:57

Tuba Büyüküstün həbsdən çıxan sevgilisi ilə tətildə

23 İyul 2017 21:57

Dünya müsəlmanlarının fitva məsələsində ortaq bir məxrəci var?

23 İyul 2017 21:52

“Həmişə “Milan”ın bir nömrəli fanatı olacam”

23 İyul 2017 21:47

Baş qaşınmasının səbəbləri

23 İyul 2017 21:47

İraq ordusu Mosulun cənubunda kəndi azad edib

23 İyul 2017 21:47

Namazlar iki rükət qılınmalıdır, yoxsa dörd rükət?

23 İyul 2017 21:42

Diqqət: Öpüşməyin ağır zərəri var -

23 İyul 2017 21:39

Yəməndə bu qorxunc xəstəlikdən ölənlərin sayı artır - 1858 nəfər

23 İyul 2017 21:37

5 uşaq anası gecəyə yarıçılpaq qatıldı - FOTO

23 İyul 2017 21:32

Qadın özündən yaşca kiçik kişiyə ərə gedə bilərmi?

23 İyul 2017 21:22

İstirahət mərkəzində 24 yaşlı gəncin meyiti tapıldı - Nabranda

23 İyul 2017 21:19

Ərəb Dövlətləri Liqasının fövqəladə iclası keçiriləcək

23 İyul 2017 21:17

Baş beynin silkələnməsi

23 İyul 2017 21:17

"Administrasiya Rusiyaya qarşı sanksiyaları dəstəkləyir" -

23 İyul 2017 21:15

Gənc boksçu döyüşdən əvvəl yoxa çıxdı - Cəsədini meşədən tapdılar - FOTO

23 İyul 2017 21:13

Uşaqlarda allergiyaya səbəb olan 8 qida

23 İyul 2017 21:12

Bakı-Qazax yolunda eyni anda üç qəza baş verib, 5 nəfər yaralanıb

23 İyul 2017 21:07

Mustafanın yeni həyat yoldaşı ilə FOTOları

23 İyul 2017 21:05

44 yaşlı aktrisa: "Bədənim çox gözəldir" - FOTO

23 İyul 2017 21:05

Bitməyən tıxacların şəhəri Bakıda avtomobil sayı – ARAŞDIRMA

23 İyul 2017 21:05

Bakıda turistin 4 min dollarını aldadıb aldılar

23 İyul 2017 21:04

Dini məsələləri bilmədiyi halda fitva vermək düzdür?

23 İyul 2017 20:52

"Panatinaikos" - “Qəbələ”: Hakimlər açıqlandı

23 İyul 2017 20:48

Ölüm nədir?

23 İyul 2017 20:47

Yapon dənizində Şimali Koreyaya məxsus sualtı qayıq gözlənilmədən fəallaşıb

23 İyul 2017 20:46

Tər qoxusu gəldiyi halda namaz qılmaq olarmı?

23 İyul 2017 20:42

Mərasimə ekstravaqant geyindi - FOTO

23 İyul 2017 20:32

Şıxov çimərliyində iyrənc olay – TURİSTİ PALTARSIZ QOYDULAR

23 İyul 2017 20:29

İranda qatar relsdən çıxdı: 7 yaralı

23 İyul 2017 20:28