Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ramin Musayev: "Qərəzli hakim yanımızda ola bilməz"

Ramin Musayev: "Qərəzli hakim yanımızda ola bilməz"

Bakıda xəstənin ayağı sındı – (04 Mart 2017 00:51)
Ramin Musayev: "Qəbələdəki oyunu təcrübəli baş hakim idarə etməlidir" (16 Fevral 2017 18:02)
Ramin Musayev: "Sizdən adam olmayıb, olmayacaq da" - VİDEO (10 Fevral 2017 21:47)

Tarix: 6 Oktyabr 2016 12:52

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Çalışacağıq ki, ötən ildəki kimi bu dəfə də hər şey düzgün olsun və kim nəyə layiqdirsə, o nəticəni də qazansın. Oyunları izləyirik. Mənim üçün "Qarabağ", "Rəvan", "Şəmkir" və ya digər klubun fərqi yoxdur". 
"Report"un məlumatına görə, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Kubokunun bu gün keçirilmiş püşkatma mərasimində deyib.

PFL prezidenti oyunlarda hakimlər tərəfindən qərəzli idarəçiliyin olmayacağını bildirib: ""Qarabağ"ın futbolçusu Elvin Yunuszadəyə "Fiorentina" ilə İtaliyadakı oyunda göstərilmiş qırmızı vərəqədən bizim çempionatda verilsə, Xaqani Məmmədovu biabır edərlər. Hər şey nəzərə alınıb. Çalışırıq ki, bütün işlər hamının ürəyincə olsun. Səhv ola bilər, ancaq qərəz olmasın. Özünüz də bilirsiniz ki, qərəzli hakim bizim yanımızda ola bilməz".

Teqlər:  Ramin Musayev Qərəzli hakim yanımızda ola bilməz



RƏYLƏR


Top xəbərlər