Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını 80% artırır

Azərbaycan Beynəlxalq Bankı nizamnamə kapitalını 80% artırır
12:57 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu ilin sonuna qədər "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin nizamnamə kapitalı 500 mln. manat və ya 78% artırılacaq. "Report" xəbər verir ki, bu barədə Bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.
Onun sözlərinə görə, kapital artımı ilə bağlı Bankın səhmdarlarının fevralda qəbul etdiyi qərarın yaxın 3 ay ərzində icra edilməsi nəzərdə tutulub. Bunun nəticəsində ABB-nin nizamnamə kapitalı 1 mlrd. manatı keçəcək. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 641 287 250 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,27 manat olan təxminən 2 375 138 000 səhm əsasında formalaşıb. Səhmlərin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit" QSC-yə, 17,78%-i isə qeyri-dövlət müəssisələri və fiziki şəxslərə məxsusdur.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-beynelxalq-banki-nizamname-kapitalini-80-artirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR