Bakıda pul üstündə müəllimin “kor edildiyi” hadisənin ŞOK TƏFƏRRÜATI

Bakıda pul üstündə müəllimin “kor edildiyi” hadisənin ŞOK TƏFƏRRÜATI
13:03 6 Oktyabr 2016
126 Digər
Ölkə mətbuatı
A- A+

Bildirmişdik ki, hücuma məruz qalmış qadın gözündən ağır zərbə alıb.

Publika.az bu olayın başvermə səbəbləri ilə bağlı yeni məlumatlar əldə edib.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, qadına hücum etmiş Allahverdi Qasımov bir neçə ildir ki, ruhi xəstə kimi qeydiyyatda olmasına baxmayaraq Hövsan küçələrində çox rahatlıqla gəzirmiş. Bununla yanaşı, qəsəbədəki ərzaq mağazalarına daxil olaraq satıcılardan və mağaza sahiblərindən “papiros pulu” tələb edirmiş.

Daha sonra küçədə var-gəl edərək öz-özünə danışır, bəzən ucadan söyüş söyürmüş.

O, bütün bunlarla yanaşı bəzən qəsəbə sakinlərinin də qarşısını kəsərək onlardan pul tələb edirmiş. Elə 280 saylı məktəbin ibtidai sinif müəllimi Sevinc Fətullayevanın hücuma məruz qalmasınını səbəbləri də bununla bağlı olub. Belə ki, dərsarası fasilə zamanı qəsəbədəki şirniyyat mağazasından özünə şirniyyat almaq üçün məktəbdən çıxan Sevinc Fətullayeva Allahverdi Qasımovla üz-üzə gəlib. Ruhi xəstə qadının qarşısını kəsərək ondan pul istəyib. Lakin Sevinc Fətullayeva pul verməkdən imtina edib. Bundan qəzəblənmiş Allahverdi Qasımov cibində gəzdirdiyi aləti (“atvyorka”nı) çıxararaq müəllimin sifətinə zərbə endirib. Alət qadının gözünə batıb.

Üz-gözü qana bulaşmış Sevinc Fətullayeva onun növbəti zərbələrindən yayınmaq üçün yaxınlıqdakı avtomobillərdən birinə əyləşib. Lakin Allahverdi Qasımov bununla kifayətlənməyərək avtomobilin ön qapısını açıb və qadının üzünə yumruq zərbələri endirib.

Bu zaman yaxınlıqda olan adamlar köməyə gəlib və qadını onun əlindən alıblar. Gözündən ağır zərbə almış Sevinc Fətullayeva xəstəxanaya aparılıb.

Anar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/171172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR