Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Azərbaycanda ana südü ilə qidalandırılma arzuolunan səviyyədə deyil" - Baş pediatr

"Azərbaycanda ana südü ilə qidalandırılma arzuolunan səviyyədə deyil" - Baş pediatr

Date: 6 October 2016 13:04

 

“Azərbaycanda uşaqların ana südü ilə qidalandırılmasının səviyyəsi arzu olunan səviyyədə deyil”.

 


Lent.az-ın məlumatına görə, bunu bu gün Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev “Körpələrin qidalanmasında ana südünün əhəmiyyəti” mövzusunda keçirilən mətbuat konfransında deyib.


Baş pediatr bildirdiyinə görə, statistik nəticələr göstərir ki, 1991-92-ci ildə 1 yaşa qədər uşağa 25%-ə qədər ana  süd verib: “Döş ilə əmizdirmədə mövcud problemləri araşdırmaq, onları aradan qaldırmaq, təbliği istiqamətində UNİCEF və Səhiyyə Nazirliyinin apardığı məqsədyönlü tədbirlər nəticəsində son illərdə bu rəqəm 50%-ə qədər yüksəlib. Amma bu hələ arzuolunan hədd sayılmır. Bu sahədə uğur əldə etmək üçün bütövlükdə ictimaiyyətin ana südü ilə qidalanmaya baxışı, mövqeyi dəyişməlidir. Çünki, ana südü körpələr üçün ən ideal qidadır”.

 

N. Quliyevin sözlərinə görə, hər bir ananın südü körpəsi üçün adekvat və spesifikdir: “Ana südündən uşağın həyatını ilk 6 ayının bütün tələblərinə cavab verən zülal, yağ, karbohidrat, ferment, vitamin və mineral maddələrin tərkibi ideal sürətdə balanslaşdırılıb. Ana südü uşaqların sağlamlığını ən yüksək səviyyədə təmin edir və xarici mühitin xoşagəlməz təsirlərinə qarşı orqanizmin davamlığını artırır. Körpəni əmizdirmək ananın sağlamlığına da müsbət təsir göstərir. Belə ki, doğuşdan sonrakı qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, ilk 6 ay ərzində növbəti hamiləlik riskini azaldır, Ana südü ilə qidalanmaya mane olan əsas səbəblərin 98-99%-i subyektiv (ana südünün çatışmazlığı), 1-2%- isə obyektiv səbəblərdir(hipoqalaktiya)”.
 

N. Quliyev bildirib ki, səhiyyə işçiləri, cəmiyyətin bütün nümayəndələrinin birgə, fəaliyyəti sayəsində ölkədə döşlə əmizdirmənin miqyasını arzuolunan həddə çatdırmaq mümkündür və bu işdə məqsəd uşaqların sağlam genofondunu yetişdirməkdir.


Tags:  Azərbaycanda ana südü qidalandırılma arzuolunan səviyyədə deyil Baş pediatr


RƏYLƏR


Top news