Yeni baş nazir Aqanbekyanı niyə çağırdı?

Yeni baş nazir Aqanbekyanı niyə çağırdı?
13:05 6 Oktyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Aqanbekyanın "məsləhəti" ilə Sərkisyan və Köçəryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi.

Milli.Az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki hesabında yazıb. Onun sözlərinə görə, Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkəsini ağır iqtisadi böhrandan qurtarmaq üçün 3 ciddi maneəni aşmalıdır:
 
"Birincisi idarəetmədəki korrupsiyadır. Bunu aşmaq üçün az qala bütün idaeətmə sistemi yenidən qurulmalıdır. Ancaq çətin ki, Sərkisyan Karapetyana belə bir imkan tanısın.
 
İkincisi iqtisadiyyatdakı monopoliyalardır. Karapetyan heç bir monopoliya ilə bağlı deyil. O, baş nazir vəzifəsinə Rusiyadan gətirilib. Ona görə də məntiqlə Karapetyanın Ermənistandakı monopoliyalarla mübarizə aparması mümkündür. Ancaq o, yenə qarşısında Sərkiysanı görəcək. Çünki Ermənistanda monopoliyalar onun və keçmiş prezident Robert Köçəryanın dövründə kök salıb və onlar bundan imtina etmək istəmirlər.
 
Üçüncüsü Ermənistanda maliyyə və insan resurslarının tükənməsidir. Bu digər iki maneədən ən mürəkkəbidir. Kaparetyan "islahat aparacam" desə də, bu iş üçün onun nə kifayət qədər maliyyəsi, nə də insani resursu var. Ona görə də Karapetyan yerində sayacaq".
 
Politoloq bu kontekstdə Karapetyanın SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Abel Aqanbekyanı məsləhət üçün ötən həftə İrəvana dəvət etməsinə də toxunub:
 
"Aqanbekyan İrəvanda jurnalistlərə Ermənistan iqtisadiyyatı barədə optimist fikir bildirmədi. Sərkisyan Aqanbekyanın dediyi kimi iqtisadiyyatda heç nə bilməsə də, hakimiyyətdən imtina etməyəcək və konstitusiyanı da məhz Ermənistanı parlamentdəki çoxluq vasitəsilə idarə edə bilmək üçün dəyişib".
 
Politoloq buna baxmayaraq, Ermənistanın bugünkü faciəsində Aqanbekyanın da ən az Sərkisyan qədər günahkar olduğunu deyib:
 
"Məhz bu şəxsin hələ SSRİ-də yeni başlanan yenidənqurma dövründə "Dağlıq Qarabağ Ermənistana məxsus olmalıdır" fikri Dağlıq Qarabağdakı erməni separatçıları üçün fitil rolunu oynadı".
 
E.Şahinoğlu Ermənistanda Baş Qərargah rəisi vəzifəsinə əslən Dağlıq Qarabağdan olan, Xocalı soyqırımında iştirak edən Movses Akopyanın gətirilməsinə də münasibət bildirib:
 
"Bu təyinat o deməkdir ki, Sərkisyan Köçəryan kimi əsas vəzifələrə, o cümlədən hərbi sahəyə Dağlıq Qarabağ ermənilərini təyin edir. Ermənistana illərdir rəhbərlik edən Qarabağ separatçılarının yerli kadrlara inamları yoxdur. Ermənistanda vəzifədə olan Dağlıq Qarabağ separatçıları Azərbaycanla müharibənin səbəbkarlarıdırlar və bölgədə sülhün əldə olunmasında maraqlı deyillər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/476659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR