Sərdar Cəlaloğlu: “Oktyabrın 18-ni müstəqillik günü saymıram”

Sərdar Cəlaloğlu: “Oktyabrın 18-ni müstəqillik günü saymıram”
13:08 6 Oktyabr 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu millət vəkili Fazil Mustafanın Azərbaycanın Müstəqillik Günü tarixinin 1991-ci il dekabrın 29-dan hesablanması barədə səsləndirdiyi təklifə münasibət bildirib.

S.Cəlaloğlu Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanın Müstəqillik Günü tarixinin 1991-ci il və digər tarixlərdən hesablanması düzgün deyil:

“Azərbaycanın dövlət müstəqilliyi tarixinin 1991-ci ildən hesablanması doğru deyil. Azərbaycanın müstəqilliyi bir dəfə olmayıb ki, 1991-ci ilin 28 dekabrından götürək. Bu, təkrarlanan proses olub. Əgər Azərbaycan Demokratik Cümhuriyyətini 28 may 1918-ci ildə yartmışıqsa, o zaman müstəqillik tariximiz də məhz həmin tarixdən götürülməlidir”.

S.Cəlaloğlu qeyd edib ki, Azərbaycan 1918-ci ildə rus işğalından azad olaraq, öz müstəqilliyini elan edib:

“Sonra isə rus yenidən Azərbaycanı işğal edib və 1991-ci ildə ikinci dəfə azadlıq qazanmışıq. Ona görə də Azərbaycanın müstəqilik günü mayın 28-dən hesablanmalıdır. Bunu təkcə mən demirəm. Azərbaycanın tarixi də deyir ki, 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyəti öz müstəqilliyini qazanıb. 1991-ci ildə ikinci dəfə müstəqil olan Azərbaycan Respublikası da məhz Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir. Şəxsən mən 1991-ci il oktyabrın 18-i tarixini müstəqillik günü hesab etmirəm. Bu, Konstitusiya Aktı Günüdür. Azərbaycanın Müstəqillik Günü 1918-ci il 28 may tarixidir”.

Fazil Mustafadan TƏKLİF: “Müstəqillik Gününün tarixi dəyişdirilsin”

“Azərbaycanın Müstəqillik Günü tarixi 1991-ci il dekabrın 29-dan hesablanmalıdır”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/171176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR