Azərbaycan Prezidenti Xətai rayonunda yeni yaradılan park kompleksinin açılışında iştirak edib

Azərbaycan Prezidenti Xətai rayonunda yeni yaradılan park kompleksinin açılışında iştirak edib
13:17 6 Oktyabr 2016
111 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.
"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 6-da açılışda iştirak ediblər.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva parkın rəmzi açılışını bildirən lenti kəsiblər.
Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan park kompleksi barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılıb. Burada işlər sentyabrda başa çatıb.
Qeyd edək ki, ərazisi münbit torpaqla örtülən parkın uzunluğu 288 metr, eni isə 110 metrdir. Park kompleksinin üç girişi var.
Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib. Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib.
Parkda avtomat suvarma sistemi, su və yanğın çənləri, nasosxana, təhlükəsizlik müşahidə kameraları quraşdırılıb, müasir işıqlandırma sistemi yaradılıb.
Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş “Daşın nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.
Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir.
Yeni istirahət guşəsinin ərazisində yaradılmış şəlalədə dekorativ və təbii daşlardan istifadə olunub. Burada uşaqlar üçün əyləncə meydançası və yelləncəklər quraşdırılıb.
Kompleksin ərazisində iki yerdə avtodayanacaq, bir dekorativ perqola – keçid və kafe var. Ərazidə yanğınsöndürən maşınlar və velosipedçilər üçün hərəkət zolaqları da salınıb.
Parkın ərazisində, həmçinin “GreenCar” mərkəzi tərəfindən elektrik cərəyanı ilə işləyən nəqliyyat vasitələrinin enerjidoldurma stansiyası quraşdırılıb.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva yeni park kompleksində ağac əkiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Çinarə canlı yayımda...

19 Avqust 2017 17:09

Kimin nə qədər nüvə silahı var? – İNFOQRAFİKA

19 Avqust 2017 17:08

Donald Tramp Əfqanıstan ilə bağlı yeni qərarlar qəbul olunduğunu bildirib

19 Avqust 2017 17:02

Lerikdə minik avtomobili dərəyə aşıb

19 Avqust 2017 16:56

Jirinovski Moskva bazarında corab satdı - VİDEO

19 Avqust 2017 16:53

40 milyonluq futbolçunun cəmi 1 forması satıldı - "Barselona" şokda

19 Avqust 2017 16:47

Diş ağrısından qurtulmağın ƏN SADƏ YOLU: cəmi yarım qaşıq...

19 Avqust 2017 16:43

Müğənni sevənləri ilə vidalaşdı

19 Avqust 2017 16:41

200 milyonluq transfer reallaşır - Anlaşdılar

19 Avqust 2017 16:37

Yeni ordu rəhbərindən Türkiyəyə TƏHDİD: “Söz veririk ki...”

19 Avqust 2017 16:33

Ərik mürəbbəsinin hazırlanması

19 Avqust 2017 16:31

Yeni iddia: PSJ "Monako"nun hücumçusunu 180 milyon avroya transfer edib

19 Avqust 2017 16:27

İspaniyada terror təhlükəsinin dördüncü səviyyəsi saxlanılıb

19 Avqust 2017 16:27

AĞLASIĞMAZ Stalin repressiyaları - 1937-ci il

19 Avqust 2017 16:18

DSMF dəftərxana ləvazimatları və təsərrüfat malları almaq istəyir

19 Avqust 2017 16:17

Bıçaqlı şəxs 8 nəfərə xəsarət yetirdi

19 Avqust 2017 16:15

Səbuhi Xanlarovun vəziyyəti pisləşdi, küçədə huşunu itirdi

19 Avqust 2017 16:13

Ukraynada 200 milyon avro oğurluğa görə axtarışda olan Fransa vətəndaşı saxlanılıb

19 Avqust 2017 16:12

Rusiya Uzaq Şərq və Sibiri itirir: Putinə layihə TƏQDİM OLUNDU

19 Avqust 2017 16:08

Lerikdə qəza: ölən var

19 Avqust 2017 16:04

Yaddaşımızdakı pis xatirələri silmək mümkün olacaq

19 Avqust 2017 16:03

Azərbaycan klubunun bütün heyəti İSTEFA VERDİ

19 Avqust 2017 15:58

Yemiş toxumu suyu min dərdin dərmanıdır

19 Avqust 2017 15:55

İstanbulda istehsal müəssisəsində yanğın olub, 1 nəfər ölüb, 10 nəfər yaralanıb

19 Avqust 2017 15:52

Dünya şöhrətli yazıçı: “Ədəbiyyat dülgərlikdən fərqli bir iş deyil”

19 Avqust 2017 15:48

Prezident İlham Əliyev Göygöldə yenidən qurulan “Çiçəkli” SES-i işə salıb

19 Avqust 2017 15:48

“Azərbaycan Dəmir Yolları” tender keçirir

19 Avqust 2017 15:47

Mark Zukerberq Feysbuku tərk edir

19 Avqust 2017 15:38

Tbilisi "Dinamo"su Qəbələyə gəlib

19 Avqust 2017 15:37

Əmisi tərəfindən zorlanan 10 yaşlı qız

19 Avqust 2017 15:34

"Şüvəlan" qələbə qazandı

19 Avqust 2017 15:27

Alman siyasətçi: “Rusiya heç vaxt bunu etməyəcək”

19 Avqust 2017 15:23

Göygöldə “Çiçəkli” Su Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istismara verilib

19 Avqust 2017 15:22

Azərbaycanlı şairin həyat yoldaşını quduz it dişlədi

19 Avqust 2017 15:19

İnsan başlı, heyvan bədənli məxluq

19 Avqust 2017 15:19

Tiflis “Dinamo”su Qəbələdə

19 Avqust 2017 15:17

Xarici dil öyrənmək istəyənlərə 10 QIZIL TÖVSİYƏ

19 Avqust 2017 15:13

Göygöldə əsaslı şəkildə yenidən qurulan 4 saylı körpələr evi-uşaq bağçasının açılışı olub

19 Avqust 2017 15:12

ABŞ-da silahlı insident

19 Avqust 2017 15:11

Deputat Sabirabadda atasına heykəl qoydurub

19 Avqust 2017 15:09

Türkiyədə güclü yanğın

19 Avqust 2017 15:07

Prezident Göygöldədir

19 Avqust 2017 15:03

Vladimir Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

19 Avqust 2017 15:02

Azərbaycan Prezidenti Göygöldəki Qələbə parkında yaradılan şəraitlə tanış olub

19 Avqust 2017 15:02

Prezident Göygöldə

19 Avqust 2017 14:59

Suyun içindəki adamın üstünə atılan aslanın görüntüləri rekord qırdı - VİDEO

19 Avqust 2017 14:58

Prezident İlham Əliyev Göygöl rayonuna səfər edib

19 Avqust 2017 14:57

"Qarabağ" “İnter”ə, “Neftçi” debütanta qarşı - YENİLƏNİR

19 Avqust 2017 14:57

Məktəb rəhbərlərinin diaqnostik qiymətləndirilməsi aparılır

19 Avqust 2017 14:48

Surqutda bıçaqla əhaliyə hücum edənin kimliyi müəyyənləşib

19 Avqust 2017 14:47