Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kərəvizin inanılmaz təsirləri

Kərəvizin inanılmaz təsirləri

Date: 6 October 2016 13:18

Kərəviz müalicəvi xassələri olan faydalı dərman bitkisidir. Bu bitki iltihab əleyhinə sakitləşdirici təsirə malikdir. Sellulozla zəngin olan kərəviz qəbizliyi aradan qaldırır, həmçinin köp zamanı çox xeyirlidir. Kərəviz mədə-bağırsaq sistemini təmizləyib həzm prosesləri yaxşılaşdırdığı üçün arıqlamaq istəyən insanlara da tövsiyə edilir.

Kerevizin inanılmaz etkileri

Publika.az xəbər verir ki, kərəviz dəri üçün olduqca faydalıdır.

Yaşlılıq əleyhinə təsirlidir

Kerevizin inanılmaz etkileri

Kərəviz dərini sərbəst radikalların səbəb olduğu zərərlərdən qoyur. Onun tərkibindəki antioksidantlar, A və C vitaminləri yaşlanma əlamətlərini azaldır, E vitamini isə dərinin nəm balansını qoruyur.

Dərinin elastikliyini artırır

Kerevizin inanılmaz etkileri

Kərəvizdə Omega-6 yağ turşusu var. Bu turşular dəriyə parlaqlıq və elastiklik verir, həmçinin dərini kalsium, selen, fosfor, kalium və maqnezium kimi minerallar ilə qidalandırır.

Qara nöqtə və sızanaqları azaldır

Kerevizin inanılmaz etkileri

Kərəviz dərini nəmləndirir və qidalandırır. Qara nöqtə və sızanaqlardan əziyyət çəkən insanlar çay ağacı və nanə yağını kərəviz suyu ilə qarışdırıb maska kimi tətbiq edərsə, müsbət nəticələr əldə edəcək.

Yağlı dərilər üçün təsirlidir

Kerevizin inanılmaz etkileri

Yağlı dəridən əziyyət çəkən insanlara da hər gün kərəviz suyu içmək məsləhət görülür. Kərəvizi dilimləyib suda qaynadın. Soyudun və soyuducuya qoyun. Gecə yatmazdan əvvəl dərinizi bu su ilə silin. Kərəviz suyu dərinin PH tarazlığını bərpa edəcək.

Aytən


Tags:  Kərəvizin inanılmaz təsirləri


RƏYLƏR


Top news