Rekordlara iddialı millimizin dördüncülük savaşı

Rekordlara iddialı millimizin dördüncülük savaşı
13:22 6 Oktyabr 2016
36 İdman
Ölkə mətbuatı
A- A+

Sabah 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, VII qrupda mübarizə aparan Azərbaycan millisi AÇ-2017-nin seçmə mərhələsində son matçını keçirəcək.

Yaşar Vahabzadənin yetirmələri tsikli səfərdə başa vuracaqlar. Komandamız Finlandiya ilə üz-üzə gələcək. Ötən il Bakıda Skandinaviya təmsilçisinə 0:1 hesabı ilə uduzan millimiz məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
 
4-cü pillə uğrunda mübarizə aparan komandamız xal hesabını artırmaq üçün mübarizə aparacaq. Hazırda 3-cü olan "suomilərdən" 4 xal geri qalan millimiz irəliləmək imkanını itirsə də, Rusiyanın önə keçməməyi üçün səfərdə qənaətbəxş nəticə əldə etməlidi.
 
Düzdür, iki matçı qalan şimallılar 4-cü olmaq üçün daha çox şansa malikdirlər. Həm də Rusiya yığması Finlandiyaya da çatıb, heç nə verməyən 3-cü yer üçün də mübarizə aparmağa iddialıdır. Bu üzdən Finlandiya millimizi yenib, 3-cü yeri indidən təmin etməkdə iddialıdır.
 
Yığmamızın da mövqeyini indidən rəsmiləşdirməsi mümkündür. Bunun üçün komandamız qalib gəlməli, Rusiyanın isə qrup lideri Almaniyaya uduzması lazımdır. Bundestim bununla 1-ci yeri, yığmamız isə dördüncülüyü təmin edəcək. Əslində, hadisələrin belə axarı qrupdakı bürünc komandaların yerlərinə aydınlıq gətirəcək.
 
Millimizin uduzması, Rusiyanın məğlubiyyətdən qaçması və ya yığmamızın 1, qonşularımızın 3 xal əldə etməsi isə 5-ci yer tutmağımızı rəsmiləşdirəcək. Bunlar baş verməsə, hər şey bizim oynamayacağımız son matç günündə həll olacaq. Oktyabrın 11-dəki Rusiya - Finlandiya qarşılaşması yığmamızın da mövqeyi üçün vacib xarakter daşıyacaq.
 
Helsinkinin "Toolon Jalkapallostadion" stadionundakı qarşılaşma millimiz üçün tarixi nəticə ilə də əlamətdar ola bilər. Çünki yığmamız tarixinin rekordlarını müəyyənləşdirmək imkanına malikdir. Meydanı son 4 qarşılaşmada qolsuz, 3 matçda xalsız tərk etməyən millimiz bu seriyaları davam etdirmək, eyni zamanda rekordları qırmaq iddiası ilə dördüncülük savaşı aparacaq.
 
İndiyədək bir tsikldə 2-dən artıq qələbəsi olmayan futbolçularımız finlandiyalıları yensə, 3-cü zəfəri ilə bu rekordu yeniləyəcək. Əks halda isə 4-cü dəfə mərhələdə 2 qələbə qazanmış olacağıq.
 
Bu baş versə, xal hesabımız 11-ə çatacaq və tarixi rekord qeydə alınacaq. AÇ-2002-də qazanılan 9 xallıq rekordu təkrarlamaq üçün isə heç-heçə də yetərlidir.
 
Ötən tsikldəki qol rekordunun təkrarlanması üçün yığmamıza 1 dəfə fərqlənmək yetər. Helsinkidə vurulacaq 2-ci qol yığmamızın seçmə mərhələdə 10-cu sevinci olmaqla mütləq rekordu rəsmiləşdirəcək.
 
Qeyd edək ki, günün digər iki oyununda Farer adaları Avstriyanı, Almaniya Rusiyanı qəbul edəcək.
 
21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi
VII qrup
7 oktyabr

19:30. Finlandiya - Azərbaycan
Baş hakim: Peter Kyaesqaard-Andersen
Baş hakimin köməkçiləri: Henrik Sonderbyu, Yakob Bille
Dördüncü hakim: Sandi Putros (hamısı Danimarka)
Hakim-inspektor: Albano Yanku (Albaniya)
UEFA nümayəndəsi: Tomaş Karpaviçyus (Litva)
Helsinki. "Toolon jalkapallostadion" stadionu

1

Almaniya

8

8

0

0

27-4

24

2

Avstriya

8

6

1

1

20-8

19

3

Finlandiya

8

4

0

4

12-9

12

4

Azərbaycan

9

2

2

5

8-19

8

5

Rusiya

8

2

2

4

11-14

8

6

Farer adaları

9

0

1

8

3-27

1

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR