Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ekspert: ""İsgəndər"lərdən istifadə Ermənistanın məğlubiyyəti ilə yekunlaşacaq"

Ekspert: ""İsgəndər"lərdən istifadə Ermənistanın məğlubiyyəti ilə yekunlaşacaq"

Date: 6 October 2016 13:22

İrəvanda paradda nümayiş etdirilən "İsgəndər-E" raket kompleksləri yaxın hərəkət məsafəli raketləri olan modifikasiyadır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakıda jurnalistlərə rusiyalı hərbi ekspert Oleq Kuznetsov deyib.

Ekspertin sözlərinə görə, Ermənistana tədarük edilmiş "İsgəndər" kompleksləri variantı Azərbaycan ərazisində neft infrastrukturuna xələl gətirə bilməz.

O qeyd edib ki, Azərbaycanın hərbi potensialı Ermənistanın imkanlarını ən azı 5 dəfə üstələyir: "İrimiqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə "İsgəndər"lərdən istifadə Ermənistanın məğlubiyyəti ilə yekunlaşacaq. Bundan başqa, Ermənistanın belə ciddi silahdan istifadəsi müharibə elan edilməsinin aşkar faktı kimi nəzərdən keçiriləcək ki, bu da Ermənistanın uğursuzluğuna gətirib çıxaracaq".

Milli.Az


Tags:  Ekspert İsgəndərlərdən istifadə Ermənistanın məğlubiyyəti yekunlaşacaq

RƏYLƏR


Top news