Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir
13:27 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Oktyabr ayının 8-dən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən sərnişin elektrik qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. 
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "Report"a verdiyi məlumata görə, Biləcəri-Keşlə mənzilinin tək yolunda təmas şəbəkəsinin əsaslı təmiri ilə əlaqədar Bakıdan 2016-cı il oktyabrın 8-dən, müvəqqəti olaraq, Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı-sərnişin stansiyasından saat 07:40, 08:35, 09:35, 16:05, 17:40, 18:20, 18:40, 19:15, 19:40 və 20:45-də, Sumqayıt-sərnişin stansiyasından 06:40, 07:30, 07.50, 08:25, 09:25, 10:25, 16:55, 18:35 və 19:30-da yola düşəcək.
Bundan başqa, hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003 və 6006/6005 nömrəli elektrik qatarları hərəkətdə olmayacaq.
Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət cədvəli:
Qatar №-si Bakıdan getmə vaxtı İstiqamət Sumqayıt-sərn. çatma vaxtı Qatar №-si Sumqayıt-sərn. getmə vaxtı İstiqamət Bakıya çatma vaxtı 6001 7-40 Bakı- Sumqayıt-sərn. 8-18 6002 6-40 Sumqayıt-sərn. - Bakı 7-30 6003 8-35 Bakı- Sumqayıt-sərn. 9-15 6004 7-30 Sumqayıt-sərn. - Bakı 8-20 6005 9-35 Bakı- Sumqayıt-sərn. 10-15 6006 7-50 Sumqayıt-sərn. - Bakı 8-40 6007 16-05 Bakı- Sumqayıt-sərn. 16-45 6008 8-25 Sumqayıt-sərn. - Bakı 9-15 6009 17-40 Bakı- Sumqayıt-sərn. 18-20 6010 9-25 Sumqayıt-sərn. - Bakı 10-15 6011 18-20 Bakı- Sumqayıt-sərn. 19-00 6012 10-25 Sumqayıt-sərn. - Bakı 11-15 6013 18-40 Bakı- Sumqayıt-sərn. 19-20 6014 16-55 Sumqayıt-sərn. - Bakı 17-45 6015 19-15 Bakı- Sumqayıt-sərn. 19-55 6016 18-35 Sumqayıt-sərn. - Bakı 19-25 6017 19-40 Bakı- Sumqayıt-sərn. 20-20 6018 19-30 Sumqayıt-sərn. - Bakı 20-20 6019 20-45 Bakı- Sumqayıt-sərn. 21-25

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/baki-sumqayit-baki-marsrutu-ile-hereket-eden-elektrik-qatarlarinin-hereket-cedveli-deyisdirilir1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR