Ərəb turistlərin Azərbaycana axınının daha bir SƏBƏBİ

Ərəb turistlərin Azərbaycana axınının daha bir SƏBƏBİ
13:27 6 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

"Ötən aylar ərzində Bakıya gələn ərəb turistlərin sayının xeyli artmasında Bakıda keçirilən Formula-1 Avropa Qran-Prisinin də rolu var".

Milli.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, Bakıda keçirilən Avropa Qran-Prisi ilə bağlı ərəb ölkələrində geniş təbliğat işi aparılmış, videoçarxlar nümayiş etdirilmiş və ölkəmiz barədə geniş məlumat təqdim edilmişdi.

Onun sözlərinə görə, aparılan işlər öz nəticəsini verib və ərəb ölkələrində Avropa Qran-Prisinə böyük maraq yaranıb:
"Formula-1 Avropa Qran-Prisi yarışlarına bilet alanların içərisində ərəb ölkələrinin vətəndaşları üçüncü yerdə olub. Bu baxımdan hesab edirəm ki, çoxlu sayda ərəb turistlərin Azərbaycana gəlməsində Formula-1 Avropa Qran-Prisinin də rolu olub".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/476670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR