Binəqədidə yanan binaya görə tutulan şəxs məhkəmədə özünü təqsirli bilmədiyini söyləyib

Binəqədidə yanan binaya görə tutulan şəxs məhkəmədə özünü təqsirli bilmədiyini söyləyib
13:32 6 Oktyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsində təqsirləndirilən Miryusif Mahmudov, Ələkbər Əsgərov, Uğur Bəşirov, Qəzənfər Novruzov, Ədalət Rəcəbov, Nizami Orucov, Ağacavad Məmmədov və Akif Əlibəyovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report”un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Ə.Əsgərov və U.Bəşirov növbəti məhkəmə iclasında ifadə vermək istədiklərini deyiblər.
Ə.Rəcəbov ifadəsində özünü təqsirli bilmədiyini vurğulayıb: "Binəqədi rayonunda binaların üzlənməsi 2013-cü ilin aprel ayında başlayıb. Bu barədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının məktubu da var. Mən işə başlayanda artıq bir ay idi həmin binada iş gedirdi. Əvvələr Mənzil Kommunal Təsərrüfat Birliyində çalışmışam, 2013-cü ildən isə Bakı Şəhər İcra Hakimiyyəti departamentinin təsərrüfat şöbəsinin rəisi vəzifəsinə təyin edilmişəm. Təsərrüfat şöbəsi Bakı Şəhər İcra Hakimiyyəti departamentinin tabeçiliyində idi. İşə başlayanda mənə Binəqədi rayonunun təmizliyi ilə bağlı tapşırıq verilib. Bizə maaş da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilirdi. Binaların fasadlarının təmiri və üzlənməsi ilə bağlı göstəriş isə verilməyib".
Onun sözlərinə görə, Binəqədidə binaların üzlənməsi ilə bağlı heç bir sənədə qol çəkməyib: "Heç kəs də mənə şifahi tapşırıq verməyib. Burada təqsirləndirilən şəxslərdən yalnız Miryusif müəllimlə 2014-cü ildə telefon danışığımız olub. Digər şəxsləri isə həbs olunandan sonra tanımışam. Görülən işlərin qəbulunda mən itirak etməmişəm. Yenə deyirəm Binəqədi rayonunda binaların üzlənmasi ilə bağlı heç kəs mənə nə tapşırıq, nə də şifahi göstəriş verməyib. Heç bir sənədə də qol çəkməmişəm. Əgər varsa, həmin sənədi cinayət işində göstərin".
Ə.Rəcəbov vəkillərin suallarını cavablandırarkən Binəqədi rayonu ərazisində yanğın baş verəndən sonra hadisə yerinə gəldiyini vurğulayıb.
Daha sonra N.Orucov dindirilib və ona verilən tapşırıqları yerinə yetirdiyini bildirib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, 2015-ci il may ayının 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
Qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “QlobalStone” MMC-nin baş direktoru Bəşirov Uğur Firuz oğlu, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin İdarə Heyətinin sədr müavini Əsgərov Ələkpər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəmoğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon İcra HakimiyyətininTəsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, “poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, “poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
A.Əlibəyov və A.Məmmədov barəsində isə həbs qətimkan tədbiri seçilməyib.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Keçmiş arvadını 27 dəfə bıçaqlayan şəxsə AĞIR CƏZA

30 Mart 2017 14:49

Azərbaycanlı aparıcıdan küçədə ÖPÜŞ TƏKLİFİ

30 Mart 2017 14:48

Özbaşınalığa görə cərimənin miqdarı artırılır

30 Mart 2017 14:47

Ulduz futbolçu MY-dən getdi - RƏSMİ

30 Mart 2017 14:47

Mətanət İsgəndərlinin qızı 3-cü dəfə nişanlandı

30 Mart 2017 14:44

Rusiyada dolların böhranı: 21 aylıq minimuma endi

30 Mart 2017 14:42

Kişilər, yeməyi təkbaşına yeməyin

30 Mart 2017 14:42

Tanınmış müğənni ölümündən 3 sonra basdırıldı

30 Mart 2017 14:39

Sarkisyanı kim öldürmək istəyir?

30 Mart 2017 14:38

Azərbaycandan ixraca görə rüsumun tətbiq edildiyi məhsullar artırılıb - SİYAHI

30 Mart 2017 14:37

Partiya sədri aclıq aksiyasına başlayır - TÜRKİYƏDƏ

30 Mart 2017 14:34

Daha bir Nobel mükafatçısı öldü

30 Mart 2017 14:32

İNANILMAZ! İlan modelin döşünü dişləyib öldü - FOTO

30 Mart 2017 14:32

Bakıda avtomobil yolu ÇÖKDÜ

30 Mart 2017 14:32

"Çevriliş cəhdinin təşkilatçısını Türkiyədə gizlədirlər"

30 Mart 2017 14:32

71 əsgər öldü

30 Mart 2017 14:29

Merve ana olmaq istəyir

30 Mart 2017 14:27

Tanınmış teleaparıcı Azərbaycandan getdi - FOTO

30 Mart 2017 14:23

Heydər Əliyev prospektinin bir hissəsi bağlanır

30 Mart 2017 14:23

“Maraqlıdır, Xaqani özü gənclik vaxtı öpüşübmü? - SORĞU

30 Mart 2017 14:23

Aktrisa lüt şəklini yaydı, izləyicilər yıxıb-sürüdülər: niyə bizi aldadırsan? - FOTO

30 Mart 2017 14:22

Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

30 Mart 2017 14:22

Günün matçlarını yayımlayacaq kanallar

30 Mart 2017 14:22

"Qarabağ" "Fənərbaxça"nın qapıçısına elçi düşüb

30 Mart 2017 14:19

Natavanla Sevda eyni geyimdə - FOTOLAR

30 Mart 2017 14:18

Xaricdəki azərbaycanlı məhbuslarla bağlı prosedur müəyyənləşdi - Qalan cəzalarının Vətəndə çəkmələri ilə bağlı

30 Mart 2017 14:17

​Metroda öpüşən gənclərin görüntüləri üzə çıxdı

30 Mart 2017 14:15

Volkan Dəmirəl "Qarabağ"a gəlir? - FOTO

30 Mart 2017 14:12

Mərkəzi Bank krediti DAYANDIRA BİLƏR

30 Mart 2017 14:12

Şükrü evlənir - FOTO

30 Mart 2017 14:12

Ruhani: "İran və Azərbaycan yaxın zamanlarda Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacaq"

30 Mart 2017 14:12

Öpüşün cənablar, öpüşün - FOTOLAR

30 Mart 2017 14:08

Baş katib Minskə niyə gedir?

30 Mart 2017 14:07

Elm aləminə daha bir ağır itki

30 Mart 2017 14:07

Azərbaycan Rusiyaya şərab ixracını artıra bilər

30 Mart 2017 14:05

"Bizə Levandovski, Modest və Obameyanq kimi futbolçular lazımdır"

30 Mart 2017 14:05

“Putin gələcəyi haqqında düşünür, amma...” - Bjezinski “Yeni SSRİ”nin ÖLÜM TARİXİNİ AÇIQLADI

30 Mart 2017 14:03

Aşıq Samirə keçmiş əri haqda nələr dedi...

30 Mart 2017 14:02

8 yaşdan yuxarı 18 uşaq I sinfə qeydiyyatdan keçib

30 Mart 2017 13:59

Direktor 30 yaşlı seksual müəlliməni bu hərəkətinə görə məktəbdən qovdu - FOTOLAR

30 Mart 2017 13:58

Vaxtı dəyişən "Kara Sevda" reytinqlərdə uduzdu - SİYAHI

30 Mart 2017 13:57

"Yeni müqavilə onun masasının üstündədi"

30 Mart 2017 13:57

Körpələrlə eyni yataqda gecələmək ölümə yol açır

30 Mart 2017 13:54

Timati futbol klubu təsis etməyə hazırlaşır

30 Mart 2017 13:52

Sürücülər, diqqət! - Bu yol bağlı olacaq

30 Mart 2017 13:49

Öpüşün inanılmaz faydaları

30 Mart 2017 13:48

Silah və texnikanı itirən, zədələyən və məhv edənlərin cəriməsi artırılır

30 Mart 2017 13:47

Rusiya XİN aprel döyüşlərinin ildönümü ilə bağlı BƏYANAT VERƏCƏK

30 Mart 2017 13:44

Dəhşətli virus yayılıb - 269 can aldı

30 Mart 2017 13:43

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcək? - Zaxarovadan AÇIQLAMA

30 Mart 2017 13:42