Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan "Deutsche Bank"ın istiqrazlarında zərər etməyib

Azərbaycan "Deutsche Bank"ın istiqrazlarında zərər etməyib

Date: 6 October 2016 13:37

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) investisiya portfelində yer alan "Deutsche Bank"ın istiqrazlarından zərər etməyib. 
ARDNF-dən "Report"un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən bankın istiqrazlarının qiymətlərində qısamüddətli enmə müşahidə olunsa da, Fond bundan zərər görməyib: "Buna səbəb, Fondun yatırımlarını hazırkı strategiya çərçivəsində qaytarılma müddətinə qədər saxlamasıdır. Yəni, "Deutsche Bank"ın istiqrazlarının gündəlik bazar qiyməti dəyişiklik göstərə bilər. Lakin Fond istiqrazları onların vaxtı bitənə qədər realizə etmədiyindən, hər hansı bir zərərlə üzləşmə mümkün deyil".
Xatırladaq ki, ARDNF-dən verilən məlumata əsasən, Fondun investisiya portfelində 180 mln. ABŞ dolları ekvivalentində "Deutsche Bank" istiqrazları mövcuddur. Bu da məcmu investisiya portfelinin 0,52%-ni təşkil edir. Ümumiyyətlə, ARDNF-in istiqraz portfelində 45 ölkədən, 227 fərqli emitentin 691 emissiyası mövcuddur. Bu da ARDNF-in investisiya portfelini, həm onun investisiya aktivlərinə görə, həm bu aktivlərin yerləşdirildiyi valyutalara görə, həm də hər bir investisiya aktivi daxilində istər emitent, istər coğrafi region, ayrı-ayrı ölkələr, istər sektorlar üzrə yüksək diversifikasiya edildiyini göstərir.

Tags:  Azərbaycan Deutsche Bankın istiqrazlarında zərər etməyib

RƏYLƏR


Top news