Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Elton Brilliant Dadaşovanı ittiham etdi

Elton Brilliant Dadaşovanı ittiham etdi

Date: 6 October 2016 13:41

Müğənni Elton Hüseynəliyev “5/5” verilişinə qızı Nurayla birlikdə qatılıb.

Axşam.az-ın məlumatına görə, sənətçi övladı ilə İrem Dericinin “Kalbimin tek sahibine” mahnısını duet oxuyub.

E.Hüseynəliyev aparıcının “Kiminlə ömrünün axırına qədər danışmayacaqsan? Paxıllar çoxdur? Hansı sənətkarı paxıl adlandırmısan” sualına belə cavab verib:

“Əsəbi olanda nə gəldi danışırsan. Kinli adam deyiləm. Hirsli vaxtımda dediyim sözdür. Bir xalq artistinə paxıl demişəm. İstəmirəm bu söhbəti təkrarlayım. Paxıllıq hissi hamıda var, amma baxır onu hara yönəldirsən. Böyüklərə hörmət edirik, borcumuzdur. Amma hərdən elə hərəkət görürsən ki, ürəyin sınıt. Gedirsən hardasa çıxış etməyə, görür, 40 dəqiqə səhnədən düşmür, qəsdən səni gözlətdirir”.

Qeyd edək ki, E.Hüseynəliyev açıqlamalarından birində xalq artisti Brilliant Dadaşovanı paxıl adlandırmışdı.


Tags:  Elton Brilliant Dadaşovanı ittiham etdi

RƏYLƏR


Top news