Vüqar məhərrəmliyə etiraz etdi: "Niyə 2 ay ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?"

Vüqar məhərrəmliyə etiraz etdi: "Niyə 2 ay ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?"
13:42 6 Oktyabr 2016
464 Şou
Ölkə mətbuatı
A- A+

"Axı biz niyə şəriət qanunları ilə yaşamalıyıq? Niyə ərəbin və farsın yasını tutmalıyıq? Niyə öz türklüyümüzü yaşamamılıyıq, 2 ay yas saxlamalıyıq?"

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Vüqar Muradov yazıb. 

İfaçı məhərrəmlik ayında 40 gün yas saxlanılmasına, toyların olmamasına qarşı çıxıb:

"Söhbət Qurandan gedirsə, orada yas saxlamaq yoxdur. Niyə insanlar özlərini müsəlman adlandırırlar? Yas saxlamalı olsa, mən Babək Xürrəmimə, 20 Yanvar, Qarabağ şəhidlərimə yas saxlayaram. Bu hansı qanunda var? 

Deyirlər, Vüqar, danışma, tanınan adamsan, sənə qarşı antipatiya, nifrət olacaq, toyların azalacaq... Niyə 2 ay ofisiant, gülsatan, xadimə, yeməkbişirən, pomidor-xiyar, paltar satan, müğənni, musiqiçi, ölkə əhalisinin 70 faizi işsiz qalmalıdır?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/476603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR