Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Dələduzluqda təqsirləndirilən iş adamı azadlıqda

Dələduzluqda təqsirləndirilən iş adamı azadlıqda

Date: 6 October 2016 13:44

Dələduzluqda təqsirləndirilən iş adamı Vüsal Abazərli saxlandığı Bakı İstintaq İdarəsindən azadlığa çıxıb.

 

Bu barədə Lent.az-a vəkil Elvin Səlimov məlumat verib. O, bildirib ki, dünən Yasamal rayon Məhkəməsinin qərarı icra edilib.

 

Qeyd edək ki, Vüsal Abazərli ticarətlə məşğul olan iş adamıdır. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib. Verilən ittihamda onun şəhər sakininə qarşı 319 min manat və 43 min dollar dələduzluq etdiyi bildirilib. Dünən Yasamal rayon Məhkəməsində Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin vəsatəti və prokurorluğunun təqdimatına baxılıb. Prosesdə qərar elan edilib. Qərara əsasən polis və prokurorluğun təqdimatı təmin edilməyib.


Tags:  Dələduzluqda təqsirləndirilən adamı azadlıqda


RƏYLƏR


Top news