"Xəzərdəki silahlarımızdan..." - Rusiyadan ŞOK ETİRAF

"Xəzərdəki silahlarımızdan..." - Rusiyadan ŞOK ETİRAF
13:53 6 Oktyabr 2016
120 Digər
Ölkə mətbuatı
A- A+

“Uzun məsafəli yüksək dəqiqlikli silahlar və hərbi texnika Rusiya Silahlı Qüvvələrinin Suriyadakı əməliyyatlarında öz effektivliyini göstərdi”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu Suriya əməliyyatlarının bir ilinin tamamlanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya ordusu vəziyyəti sabitləşdirməyi və Suriya ərazisinin əhəmiyyətli hissəsini döyüşçülərdən azad etməyi bacarıb.

“Xəzər və Araılq dənizlərinin akvatoriyalarındakı suüstü və sualtı gəmilərdən uzun məsafəli yüksək dəqiqlikli silahlarla zərbələr endirilib. Real döyüş vəziyyətində strateji aviasiya təyyarələri ilk dəfə 4,5 min kilometr uçuş məsafəsi olan X-101 yeni raketləri tətbiq etdi. Silahların bir çox müasir yerli nümunələri mürəkkəb səhra şərtlərində yoxlamadan keçdi və bütovlükdə öz etibarlılığını və effektivliyi göstərdi”, - nazir bildirib.

Şoyqu qeyd edib ki, yeni silah və hərbi texnika nümunələrin hazırlaması və onların istismarında Suriya təcrübəsinin nəzərə alınması çox əhəmiyyətlidir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/171184.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR