Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Mətanət İsgəndərli: "Yenə kökəlmişəm" - FOTO

Mətanət İsgəndərli: "Yenə kökəlmişəm" - FOTO

Date: 6 October 2016 13:57

"Müğənnilərin illər əvvəl oxuduqları mahnıları gənclərin səsləndirməsinə qadağa qoyması yanlışdır. Bunu müğənnilərin cılızlığı hesab edirəm".

Bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. 

Müğənni bildirib ki, mahnılarını başqalarının oxumasına pis baxmır:

"Əgər bir mahnını yeni oxumuşamsa, onu başqasının səsləndirməsini istəmərəm. Pul töküb, əziyyət çəkib oxudum, niyə dərhal başqası səsləndirməlidir ki? Amma illər əvvəl səslənən bir bəstəyə yenidən həyat vermək, gələcək nəslin yaşatması sevindiricdir. İndi gənclər mənim mahnılarımı çox oxuyur. İcazə alanda sevinirəm. Amma bir müğənni var, icazəsiz oxuyub, heç yanımdan keçəndə də demir ki, bu, sənin mahnındır".

M.İsgəndərli 30 kiloqram arıqlasa da, yenidən 15 kiloqram kökəldiyini bildirib:

"Təzədən pəhrizə başlamışam. On ildir bir dietoloqla işləyirəm. Artıq bilirəm ki, mənə nə olar, nə yox. Mən stressdən kökəlirəm. Pis olub, əsəbləşəndə başlayıram yenidən yeməyə".

Milli.Az 





Tags:  Mətanət İsgəndərli Yenə kökəlmişəm FOTO

RƏYLƏR


Top news