Neft istehsalçıları yenə müzakirəyə hazırlaşır

Neft istehsalçıları yenə müzakirəyə hazırlaşır
14:08 6 Oktyabr 2016
38 Digər
Ölkə mətbuatı
A- A+

9-13 oktyabrda İstanbulda keçiriləcək 23-cü Dünya Enerji Konqresi çərçivəsində OPEC və təşkilata daxil olmayan neft istehsalçıları istehsalın məhdudlaşdırılması barədə verdikləri qərarı müzakirə edəcəklər.

Publika.az xəbər verir ki, Venesuelanın neft naziri Eulogio Del Pino bu haqda açıqlama verib. Pino bildirib ki, görüşdə OPEC-ə daxil olmayan istehsalçıların hasilatın azaldılmasında necə iştirak edə biləcəyi geniş müzakirə olunacaq. Görüşdə Səudiyyə Ərəbistanı, Əlcəzair, Qabon, Qatar və Birləşmiş Ərəb Əmrlikləri ilə bərabər OPEC üzvü olmayan Rusiyanın və digər ölkələrin energetika nazirlərinin iştirak edəcəyi bildirilir.

Xatırladaq ki, OPEC üzvlərinin Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşündə ölkələr istehsalı gündəlik 32.5 milyon barelə salmaq barədə qərar vermişdi. Bu qərar beynəlxalq sanksiyalardan yeni xilas olan İranı ehtiva etmir. Nigeriya da bu razılaşmaya qatılmayacağını bəyan edib və böyük ehtimalla Liviya da, istehsalının çox aşağı olması səbəbindən razılaşmaya qatılmayacaq. Razılaşma gələn ayın sonunda Vyanada keçiriləcək yığıncaqda tamamlanacaq.

İqtisadiyyat şöbəsi


Xəbərin orijinal ünvanı: http://publika.az/news/iqtisadiyyat/171182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR