Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda 10-cu Beynəlxalq Təhsil Sərgisi keçiriləcək - FOTO

Bakıda 10-cu Beynəlxalq Təhsil Sərgisi keçiriləcək - FOTO

Date: 6 October 2016 14:17

Sabah paytaxtda "Baku Expo" Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - 10-cu Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayır. Sərgi oktyabrın 9-da yekunlaşacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar sərginin təşkilatçısı olan "Caspian Event Organisers" şirkətinin Trend Beynəlxalq İnformasiya Agentliyinin mətbuat zalında mətbuat konfransı keçiriblər.

Təhsil Nazirliyinin Ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bu sərgi nazirliyin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan yeganə tədbirdir. Ümumilikdə sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, doktorantura, ikinci ali təhsil və MBA proqramı üzrə, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

C. Valehov qeyd edib ki, ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar.

"Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bidirib ki, bu il "Təhsil" sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan, İordaniya ölkələri ali təhsil müəssisələrinin, kollec və başqa təhsil təşkilatlarının nümayəndələri ziyarətçiləri təhsil proqramları ilə tanış edəcəklər. Sərgidə milli stendlərlə Polşa ("Go Poland"), Litva ("Study in Lithuania") və Türkiyə (Study in Turkey) çıxış edəcəklər.

Azərbaycanı təmsil edən təhsil müəssisələrinin siyahısında Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri də olacaq. "EduGuide" Azerbaijan və "CELT Colleges" şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər.

Ümumilikdə sərgidə 14 ölkədən 118 müəssisə iştirak edəcək.

Milli.Az






Tags:  Bakıda 10-cu Beynəlxalq Təhsil Sərgisi keçiriləcək FOTO

RƏYLƏR


Top news