"Real" "Barselona"nın futbolçusunu istədi - "Yox" dedilər

"Real" "Barselona"nın futbolçusunu istədi -   "Yox" dedilər
14:27 6 Oktyabr 2016
77 İdman
Ölkə mətbuatı
A- A+

"Real" "Barselona"nın futbolçusuna elçi düşüb. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Kataloniya klubundan İvan Rakitiçi heyətinə qatmaq istəyib.


Məlumata görə, "Barselona"nın Denis Suares və Andre Qomesi heyətinə qatdıqdan sonra "Real" xorvat futbolçunun transferi üçün qarşı tərəfə müraciət edib. Amma kataloniyalılar əzəli rəqibin təklifini rədd edib.


Qeyd edək ki, "Barselona" Rakitiçi 2014-cü ildə "Sevilya"dan 18 milyon avroya alıb. Hazırda "Transfermarkt" ona 50 milyon avro qiymət qoyub. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-quotbarselonaquotnn-futbolcusunu-istdi-t53120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR