Hillari Klinton erməni əsilli teleulduz haqda

Hillari Klinton erməni əsilli teleulduz haqda
14:42 6 Oktyabr 2016
125 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da Demokratlar partiyasından prezidentliyə namizəd olan Hillari Klinton məşhur teleulduz Kim Kardaşyanın soyğuna məruz qalmasını şərh edib.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, Klinton Kardaşyana görə narahatlıq keçirdiyini ifadə edib: "Mən ona görə narahat oldum. Lakin xoşbəxtlikdən xəsarət alan olmayıb".

Eks-dövlət katibi həmçinin Kardaşyanın həyat yoldaşı Kanye Uestin Nyu-Yorkdakı konsertini yarıda qoymasından təəssüfləndiyini bildirib.

Xatırladaq ki, Parisdə olarkən otel nömrəsində soyğuna məruz qalan teleulduzun dəyəri milyonlarla ölçülən zinət əşyaları oğurlanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/476715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR