İctimai sektorun akademik layihəsi olan “QHT Məktəbi”nə seçim başlayıb

İctimai sektorun akademik layihəsi olan “QHT Məktəbi”nə seçim başlayıb
14:42 6 Oktyabr 2016
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi və Azərbaycan Turizm və Menecment Universiteti arasında əməkdaşlıq çərçivəsində "QHT Məktəbi" növbəti payız proqramına qəbul elan edib.
Mərkəzin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, keçmiş SSRİ ölkələri arasında ilk dəfə olaraq 2002-ci ildə Azərbaycanda yaranan bu məktəbin əsas məqsədi vətəndaş cəmiyyəti institutları üçün kadrlar hazırlamaq, eyni zamanda, QHT sektoru ilə maraqlanan şəxslərin bilik və təcrübəsini artırmaqdır.
Bu günədək 1400 məzunu olmuş Məktəbdə iştirakçılara əsasən QHT fəlsəfəsi, QHT-lərin yaradılması, idarə edilməsi və strukturunun inkişafı, üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR), beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, layihə təkliflərinin hazırlanması, maliyyə axtarışı, layihələrin proqram və maliyyə idarəetməsi, monitorinq və qiymətləndirmə, QHT-lərdə kargüzarlıq işinin təşkili və s. mövzular tədris olunur. Nəzəri və praktiki hissələrdən ibarət olan payız təlimləri 2 ay davam edəcək. İştirakçıların əldə etdikləri biliklər xüsusi qaydalara uyğun qiymətləndirildikdən sonra təlim proqramını başa vuran iştirakçılara Azərbaycan Turizm və Menecment Universiteti və Gənclər üçün Təhsil Mərkəzinin diplomları təqdim ediləcək.
Məktəbdə iştirak etmək istəyənlər oktyabrın 19-dək CV-lərini qhtmektebi@gmail.com elektron ünvanına göndərməlidirlər.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/i-ctimai-sektorun-akademik-layihesi-olan-qht-mektebi-ne-secim-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR