Qızını 8 il tövlədə saxlayan ata hansı deputatın qohumudur? - İLGİNC MƏLUMAT

Qızını 8 il tövlədə saxlayan ata hansı deputatın qohumudur? - İLGİNC MƏLUMAT
14:43 6 Oktyabr 2016
809 Digər
Ölkə mətbuatı
A- A+

İmişlidəki dəhşətli olay iki gündür ki, ölkə gündəmini zəbt edib. 8 ildir ki, ata öz qızını tövlədə zəncirləyərək saxlayırmış.

Dəhşət doğuran bu hadisə ilə bağlı bəzi məqamlar üz çıxır. Məlum olub ki, qızın anası 10 il bundan əvvəl vəfat edib. İki qızlarını isə ata tövlədə zəncirləyərək saxlayıb. Ancaq qızlardan biri soyuğa tab gətirməyərək vəfat edib, digərinin isə bir müddət sonra ayaqları tutulub. Atanın sözlərinə görə, qızının ayaqları soyuqdan qıc olub. Günlərdir olayın İmişlinin kəndlərindən birində baş verdiyi bildirilsə də, nədənsə təfərrüatlar açıqlanmır.

Cebhe.info-ya daxil olan məlumata görə, 8 il qızlarına qapalı məkanda işgəncə verən ata Milli Məclisin deputatı, 79 saylı İmişli Seçki Dairəsindən deputat seçilən Əsabil Qasımovun qohumudur. Bundan əlavə İmişli Rayon İcra Hakimiyyətinin Qaralar kənd üzrə nümayəndəsi Ehtiram Qasımov qızların dünyasının dəyişmiş anasının xalası oğludur. İllərdir baş verən bu hadisədən kənd icra nümayəndəliyinin və bir neçə şəxsin xəbəri olsa da, heç bir tədbir görülməyib.

Olayda adı çəkilən məsələyə- ailənin deputat Əsabil Qasımovla qohuluğuna gəlincə, bu barədə Cebhe.info-ya açıqlama verən millət vəkili Əsabil Qasımovun köməkçisi Rauf Həşimov hadisəni “çox üzücü və ağılasığmayan” adlandırıb:

“Amma məsələnin deputat Əsibi Qasımovla heç bir bağlılığı yoxdur. Yalan məlumat olar. Çünki dünən İmişli rayon İcra Hakimiyyətinə zəng edib, o atanın hansı kənddən olduğunu soruşdum. Mənə dedilər ki, ailə Cavadxanlı kəndindəndir. O kəndin Əsabil müəllimə aidiyyatı yoxdur və o kənddən seçilən deputat deyil. Yalan olar... 79 saylı Seçki Dairəsinin kəndləri başqadır. Cavadxanlı kəndi isə 80 saylı Seçki Dairəsinə, yəni İmişli-Beyləqan ərazisinə daxildir.

Mən özüm də o verilişə baxdım və ağladım ki, o uşağı nə günə salıblar. Amma onun Əsabil müəllimə aidiyyatı yoxdur. Kim deyirsə, yalandan deyir... Onun elə qohumu olsaydı, indidəyədək bir iş görərdi. Kimdirsə, yaxşı insana oxşamır. Görmürsünüz, deyir ki, uşağı kimdi otaran... Demək ki, o, ata deyil də, qansız adamdır. Hadisə baş verən kənd Cavadxanlıdır, Qaralar kəndinin buna dəxli yoxdur. Orada insaniyyət tapdanıb. Məhz bu məsələni şəxsən İmişli rayon İcra Hakimiyyətinin birinci müavini Səfa müəllimdən öyrəndim”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/171192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR