Almaz Ələsgərli üçün özəl gün - fotolar

Almaz Ələsgərli üçün özəl gün -  fotolar
14:51 6 Oktyabr 2016
200 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün əməkdar artist Almaz Ələsgərlinin ad günüdür.

50 yaşını qeyd edən müğənni təəssüratlarını Axşam.az-la bölüşüb. O bildirib ki, özəl gününü ailə üzvləri ilə birlikdə qeyd edəcək:

“İlk təbriki qızlarımdan aldım. Qapalı məclis edəcəm. Ad günümü ailə üzvlərim və qohumlarımın əhatəsində keçirəcəyəm".

A.Ələsgərli 1985 – 1990-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsində təhsil alıb. Sonralar o, R.Behbudov adına Mahnı Teatrında və Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Hal-hazırda Musiqi Teatrda işləyir.

1985-ci ildə A.Ələsgərova «Bakı payızı-85» estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülüb, 1988-ci ildə «Bakı payızı-88» estrada artistləri müsabiqəsinin laureatı olub. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən «Oştun azem tündörü» festivalının qalibi olub.

Əminə və Mədinə adlı iki övladı var.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58815

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR