Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

OPEC Vyana sammitində hasilatı daha çox azalda bilər

OPEC Vyana sammitində hasilatı daha çox azalda bilər

Azerbaijani Energy Minister to attend OPEC conference (24 November 2016 20:46)

Date: 6 October 2016 14:52

Bakı. 6 oktyabr. REPORT.AZ/ OPEC ölkələri noyabrın 30-da Vyanada (Avstriya) keçiriləcək növbəti sammitdə neft hasilatını ilkin nəzərdə tutulan 0,7 mln. barel/gündən daha çox azalda bilər. 
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Əlcəzairin energetika naziri Nurəddin Buterfa bildirib. 
Onun sözlərinə görə, OPEC Vyana toplantısında bazarı qiymətləndirəcək: "Əgər hasilatın planlaşdırılan 0,7 mln. barel /gün azaldılması kifayət etməsə, bu həcmi artıracağıq".
Xatırladaq ki, OPEC ölkələrinin sentyabrın 26-28-da Əlcəzairdə keçirilən qeyri-formal sammitində neft bazarında tarazlığın bərpa edilməsi üçün hasilatın 0,7 mln. barel/gün azalıdılaraq 32,5-33 mln. barel/günə kimi endirilməsi qərarı razılaşdırılıb.

Tags:  OPEC Vyana sammitində hasilatı çox azalda bilər


RƏYLƏR


Top news