Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Moskva məşhur üsyançının kəlləsini Astanaya qaytardı

Moskva məşhur üsyançının kəlləsini Astanaya qaytardı

Date: 6 October 2016 14:53

Moskva 1916-cı ildə baş vermiş Turqay üsyanının lideri - Keyki-Batır kimi məşhur olan Nurmaqambet Kokembayulının kəlləsini Astanaya verib.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Mədəniyyət və İdman Nazirliyindən bildirilib.

“Hazırda Keyki-Batırın kəlləsi onun qalıqlarının vətənə qaytarılması ilə məşğul olan qrupun mütəxəssisindədir”, - idarədən deyilib.

Keyki-Batırın qalıqlarlarının Qazaxıstana gətirilməsinə avqust ayında təşəbbüs edilmişdi, Qazaxıstan hakimiyyəti bununla bağlı Rusiyanın baş naziri Dmitri Medvedevə müraciət etmişdi.

Mərkəzi Asiya xalqlarının Turqay üsyanı I Dünya Müharibəsi zamanı baş verib. Əhali müdafiə obyektlərinin tikintisinə cəlb olunmasına qarşı ayağa qalxıb. Üsyan amansızlıqla yatırılmışdı.

Nurmaqambet Kokembayulı Qazaxıstan milli-azadlıq hərəkətinin liderlərindən biridir. O, 1917-ci il inqilabından sonra həm Qızıl Ordunun əsgərləri, həm də ağqvardiyaçılara qarşı vuruşurdu. Nurmaqambet Kokembayulı 1923-cü ilin aprelində Qızıl Ordunun əsgərləri tərəfindən öldürülüb. Keyki-Batırın başını kəsən Qızıl Ordunun əsgərləri onu Orenburqa aparıblar. Daha sonra onun kəlləsi Rusiya Elmlər Akademiyasının Böyük Pyotr adına antropologiya və etnoqrafiya Muzeyinə göndərilib.

Ömər Dağlı


Tags:  Moskva məşhur üsyançının kəlləsini Astanaya qaytardı


RƏYLƏR


Top news