Millimiz Bosniya və Herseqovinaya qarşı - YENİLƏNİR

Millimiz Bosniya və Herseqovinaya qarşı -   YENİLƏNİR
14:57 6 Oktyabr 2016
32 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçiriləcək. Fanat.Az xəbər verir ki, Litvada təşkil olunan V qrupunda II turu çərçivəsində millimiz Bosniya və Herseqovina komandası ilə üz-üzə gələcək. 


Nazim Süleymanovun yetirmələri ilk turda Avstriyaya 1:4 hesabı ilə uduzub. Ona görə də bugünkü oyunda xal qazanmaq vacibdir.


Qeyd edək ki, elit-raunda hər qrupda ilk 2 yeri tutan komandalar və ən yaxşı 3-cü yer sahibi yüksələcək.

 

19 yaşadək futbolçular arasında Avropa çempionatı

V qrup, II tur

15:00 Bosniya və Herseqovina - Azərbaycan

Hakimlər: Conatan Lardot, Frederik Qodelayn (hər ikisi Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (hər ikisi Litva)

Hakim-isnpektor: İvan İşenko (Ukrayna)

Litva, Mariampol. “Mariampol” stadionu

 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimiz-bosniya-v-herseqovinaya-qar-t53122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR