DMX rəisi BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüşüb

DMX rəisi BMT-nin qaçqınlar üzrə ali komissarı ilə görüşüb
15:07 6 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

BMT-də Trampın yeni miqrasiya fərmanı tənqid edildi (07 Mart 2017 04:29)
Avropa komissarı: "Aİ və Türkiyə arasındakı miqrasiya sazişi nəticə verir" (02 Mart 2017 15:27)
Azərbaycanın Almaniyadakı səfiri Aİ komissarı Qünter Öttinqerlə görüşüb (21 Fevral 2017 21:42)

Bakı. 6 oktyabr. REPORT.AZ/ Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Cenevrədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə görüşüb.
DMX-dən "Report"a verilən məlumata görə, görüşdə ali komissarın dəvəti əsasında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 67-ci sessiyasında Azərbaycan nümayəndə heyətinin fəal iştirakı yüksək qiymətləndirilib.
F.Nəbiyev Azərbaycan Prezidenti tərəfindən məcburi köçkünlər üçün yaradılmış şəraitin, yeni salınmış yaşayış komplekslərinin, eyni zamanda həyata keçirilən digər sosial layihələrin əhəmiyyətini vurğulayıb. DMX rəisi deyib ki, öz doğma yerlərini tərk etməli olmuş insanların bütün problemlərini Azərbaycan hökuməti öz üzərinə götürüb və bu insanların məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar tədbirləri mərhələli qaydada və ən başlıcası daha ağır şəraitdə yaşayan ailələrin sosial, mənzil-məişət prоblеmlərinin həllinin ardıcıllığı prinsipi əsasında həyata kеçirir. Belə ki, ötən dövr ərzində Azərbaycan hökuməti tәrәfindәn məcburi köçkünlәr üçün yüzə yaxın müasir qәsәbә salınıb, minlərlə qaçqın və məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb,son 20 il ərzində Azərbaycanda məcburi köçkünlərin sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib.
F.Nəbiyev əlavə edib ki, Azərbaycan hökuməti həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə xarici tərəfdaşları ilə əməkdaşlığın inkişaf etdirilməsi vasitəsilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin qurbanları olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud çətinliklərinin aradan qaldırılması istiqamətində səylərini artırmaqdadır.
O qeyd edib ki, bütün bu səylərə baxmayaraq, qaçqın və məcburi köçkünlərin problemlərinin bir çoxu hələ öz həllini tapmayıb: "Əsas səbəblərdən biri də Ermənistanın destruktiv mövqeyi nəticəsində münaqişənin bu vaxtadək həllinin tapılmamasıdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların yekunlarından asılı olaraq münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə BMT, ATƏT və digər qurumların Azərbaycan hökuməti ilə razılaşdırılmış şəkildə əməkdaşlığı vacibdir. Azərbaycan burada iştirak etməyə hazır olduğuna görə BMT QAK-a minnətdardır. Ümidvarıq ki, BMT QAK-ın ümumi əlaqələndirilməsi nəticəsində beynəlxalq qurumların bu çətin işdə fəaliyyəti uğurla nəticələnəcəkdir.”
DMX rəisi vurğulayıb ki, Azərbaycan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə münasibətlərin möhkəmləndirilməsinə böyük önəm verir: "Bu günə qədər BMT QAK-ın Azərbaycandakı fəaliyyəti təqdirə layiqdir və bu da digər BMT ölkələri üçün yaxşı nümunə təşkil edir. Sabiq ali komissar Antonio Quterreş 2011-ci ilin 18-19 may tarixlərində Azərbaycana səfər edib. Ali komissar Filippo Qrandi də yaxın zamanlarda ona uyğun olan vaxtda Azərbaycana səfərə dəvət edilib".
O əlavə edib ki, 9,7 milyon əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük köçürülmə yükünə sahib ölkələrdən biridir: "25 ildən artıqdır ki, Ermənistan beynəlxalq ictimaiyyətin mövqeyinə tam hörmətsizlik nümayiş etdirərək və beynəlxalq hüququn ümumi qəbul olunmuş norma və prinsiplərini kobud şəkildə pozaraq özünün qeyri-real işğalçılıq iddialarında təkid etməkdə, yüz minlərlə məcburi şəkildə köçürülmüş azərbaycanlının öz doğma yurdlarına qayıtmasını rədd edərək hazırkı status-kvonun möhkəmlənməsinə yönəlmiş səylər göstərməyə davam edir. Təəssüflə qeyd olunmalıdır ki, Ermənistan hökuməti dünyada mövcud miqrasiya problemindən sui-istifadə edərək, beynəlxalq humanitar hüququn tələblərini kobud şəkildə pozaraq Suriyadan olan erməni əsilli qaçqınları işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirir. Bu da, əlbəttə, Ermənistan tərəfindən Azərbaycana münasibətdə davam etdirilən etnik təmizləmə siyasətinin və hərbi təcavüzün nəticələrinin möhkəmləndirilməsinə yönəlmiş növbəti addımdır. Ermənilər beynəlxalq tribunalardan pafosla bəyan edirlər ki, onlar 20 000 suriyalı qaçqın qəbul ediblər. Maraqlıdır, bunların arasında heç olmasa on nəfər ərəb mənşəli qaçqın varmı?” Son illər dünyada münaqişə zonalarının coğrafi məkanının genişlənməsi, baş verən hadisələr nəticəsində öz həyatlarını itirən, doğma yurdlarından didərgin düşənlərin sayının sürətlə artması, münaqişələrin qarşısının alınmasında beynəlxalq təşkilatların gücsüzlük nümayiş etdirməsi hamını çox narahat edir, hadisələrin bu cür cərəyan etməsi və getdikcə beynəlxalq birliyin təsir dairəsindən kənara çıxması dünyada qarşısı alınmaz xaotik, katastrofik vəziyyətə, böyük faciələrə səbəb ola bilər. Hesab edirik ki, beynəlxalq birlik ilk növbədə dünyada yeni münaqişə zonalarının yaradılmasına imkan verməməli, həmçinin ədalətli mövqe tutaraq mövcud münaqişələrin həll yollarının tapılmasında, beynəlxalq hüquqa zidd əməllərin qarşısının alınmasında, beynəlxalq məsuliyyətə qeyri-ciddi yanaşan ölkələrə təzyiqlərin artırılmasında qətiyyətlilik göstərməlidir".
Görüşdə perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Bakı Marafonuna start verilir

30 Aprel 2017 09:05

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 08:58

Ötən il Gürcüstan əhalisinin sayı azalıb

30 Aprel 2017 08:47

Dünyaya səs salan "ŞOK TERAPİYASI" - 10000 məmurun "qələmi qırıldı"

30 Aprel 2017 08:38

Bu gün 56 yaşlı abituriyent də daxil olmaqla, 35 mindən çox şəxs imtahan verir

30 Aprel 2017 08:36

Bu gün Azərbaycanda ali məktəblərə ilk qəbul imtahanı keçirilir

30 Aprel 2017 08:18

Yens Stoltenberq: “NATO Türkiyəsiz zəifləyər”

30 Aprel 2017 08:18

Növbəti Bakı Marafonuna start veriir

30 Aprel 2017 08:01

Ukrayna prezidentinin xanımı idman telekanalında aparıcılıq edəcək

30 Aprel 2017 07:47

Tramp: "Səmərəsiz olan bütün sazişləri ləğv edəcəyəm"

30 Aprel 2017 07:44

Bakıda sex yanıb

30 Aprel 2017 07:36

Dünyanın ən uzun göydələni tikiləcək - FOTO

30 Aprel 2017 07:32

Bu ölkədə fövqəladə vəziyyət müddəti uzadıldı

30 Aprel 2017 07:28

Gədəbəy sakini bir qrup şəxs tərəfindən döyülüb

30 Aprel 2017 07:17

Çində ağır yol qəzası: 12 ölü, 10 yaralı

30 Aprel 2017 07:15

Şou-biznesin plastik əməliyyat etdirən məşhurları

30 Aprel 2017 06:57

Tramp iqlim razılaşmasını tənqid etdi

30 Aprel 2017 06:54

Tayvanda 6 bal gücündə zəlzələ olub

30 Aprel 2017 06:52

Zərdabda qoyun oğruları saxlanıldı

30 Aprel 2017 06:33

Ağ interyerli mənzil - FOTO

30 Aprel 2017 06:32

Tramp: ABŞ NATO ölkələrini müdafiə üçün üzərlərinə düşən payı ödəməyə məcbur edəcək

30 Aprel 2017 06:22

10 000 məmur saxta diploma görə işdən qovuldu

30 Aprel 2017 06:09

400 minlik toyu ilə gündəmə gələn məmur qızının elə FOTOLARI YAYILDI Kİ...

30 Aprel 2017 05:33

Sidneydə taunhaus - FOTO

30 Aprel 2017 05:32

Tramp hakimiyyətdə olduğu ilk 100 günü məhsuldar adlandırıb

30 Aprel 2017 05:22

Hipnoz haqqında qeyri-adi faktlar

30 Aprel 2017 05:13

Stoltenberq: “NATO Türkiyəsiz zəif olacaq"

30 Aprel 2017 05:09

Roma Papası ABŞ prezidenti ilə görüşə hazır olduğunu bildirib

30 Aprel 2017 05:07

Cordan kamera qarşısında - FOTO

30 Aprel 2017 04:32

Tramp Şimali Koreyaya hərbi müdaxilədən danışıb

30 Aprel 2017 04:27

Malidə fövqəladə vəziyyət 6 ay müddətinə uzadılıb

30 Aprel 2017 04:22

Kliçko nokauta düşdü

30 Aprel 2017 04:13

Tibbi yardım təyyarəsi yerə çırpıldı, ölənlər var

30 Aprel 2017 04:09

Türkiyədə "Wikipedia"ya giriş bağlandı

30 Aprel 2017 04:08

Dünyanın ən bahalı limuzinləri

30 Aprel 2017 03:40

Mosulda ABŞ hərbçisi həlak olub

30 Aprel 2017 03:36

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02