Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Saray bələdiyyəsinin sədri və ərinin qatilinə ÖMÜRLÜK HƏBS TƏLƏBİ

Saray bələdiyyəsinin sədri və ərinin qatilinə  ÖMÜRLÜK HƏBS TƏLƏBİ

Date: 6 October 2016 15:09

Saray Bələdiyyəsinin sədri Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənovu qətlə yetirməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçı çıxışında Fədai Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

 Qeyd edək ki, qətl keçən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı Vəsilə Həsənova və həyat yoldaşı Vəfadar Həsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin Fədai Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında həsənovların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. Mübahisə zəminində o, V.Həsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.


Tags:  Saray bələdiyyəsinin sədri ərinin qatilinə ÖMÜRLÜK HƏBS TƏLƏBİ


RƏYLƏR


Top news