Türkiyənin baş naziri: "Türk hərbçisi Başikada qalacaq"

Türkiyənin baş naziri: "Türk hərbçisi Başikada qalacaq"
15:17 6 Oktyabr 2016
44 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 oktyabr. REPORT.AZ/ "İraq hökumətinin nə söyləməsindən asılı olmayaraq, bölgədə İŞİD-ə qartşı mübarizə aparmaq üçün türk hərbçisi Başikada qalacaq".
"Report" NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım ölkənin Ticarət və Birjalar Palatası Birliyinin 9-cu Ticarət və Sənaye Şurasında İraq hökumətinin Başika ilə bağlı çıxışlarına münasibət bildirərkən vurğulayıb.
"İŞİD-ə qarşı mübarizə aparmaq üçün 63 dövlət İraqa hərbçi göndərib. Bu baxımdan İraq hökumətinin Türkiyəyə qarşı belə çıxış etməsi gülüncdür. Bunun heç bir xoşməramlı izahı yoxdur. Türkiyə haqqında aşağı-yuxarı, cəfəngiyyat danışmağa İraq hökumətinin həddi çatmaz" - baş nazir bildirib.
Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələrinin 500 hərbçisi üç ildir Mosul əyalətinə bağlı Başika bölgəsinə yerləşdirilib. Onlar İŞİD-ə qarşı mübarizə aparmaq üçün İraqın şimalında Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyenin-bas-naziri-turk-herbcisi-basikada-qalacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR